Fazil MUSTAFA: Prezident seçkiləri Azərbaycanın siyasi həyatında çox mühüm hadisədir

“Azad və demokratik seçkilər və belə seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir.  Bu baxımdan Azərbaycan Respublikasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik özülü formalaşmışdır. Hesab edirəm ki, bu il aprelin 11-də daha bir demokratik seçkinin şahidi olacağıq”.

Bu fikirləri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bizimlə söhbəti zamanı səsləndirdi.

Prezident seçkilərinin Azərbaycanın siyasi həyatında çox mühüm bir hadisə olduğunu diqqətə çatdıran partiya rəhbəri hər bir siyasi partiyanın seçkilərdə iştirakının vacib olduğunu bildirdi: “ Böyük Quruluş Partiyası da bu seçkilərdə fəal iştirak edəcək. Öz namizədimizlə iştirak etməsək də, prezidentliyə namizədlərin qeydiyyatı başa çatdıqdan sonra parlament müxalifətini təmsil edən namizədlərdən birini dəstəkləyəcəyik. Bu, bizim seçimimizidir. Ümumiyyətlə, Azərbaycanda keçirilən seçki prosesində partiyamızın bütün üzvləri fəal iştirak edib. Hər bir vətəndaşın seçmək və seçilmək hüququ var. Ölkəmizdə bu istiqamətdə zəngin qanunvericilik bazası mövcuddur və kimliyindən asılı olmayaraq, hər bir kəs bu hüquqdan yetərincə yararlanır”.

F.Mustafa aprelin 11-də prezident seçkilərinin demokratik keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirən bir tarixi hadisə olaraq yaddaşlarda qalacağına əminliyini bildirdi: “Birinci dəfə deyil ki, biz Azərbaycanda demokratik, şəffaf, azad və ədalətli seçkinin şahidi oluruq. Bunu seçkini izləmiş beynəlxalq müşahidəçilər də təsdiqləyiblər. Seçkilər Azərbaycanın gələcək inkişafında kifayət qədər mühüm tarixi hadisə kimi rol oynayacaq. Bu baxımdan seçkini boykot çağırışı yolverilməzdir. Bütün siyasi partiyalar seçkidə fəallıq göstərməli, ölkənin demokratik inkişafına öz töhfələrini verməlidirlər. Hər bir partiyanın özünün seçimi var. Ancaq siyasi partiyanın əsas vəzifəsi seçkilərdə  iştirak etməkdir. Güclü və ya zəif olmaq önəm daşımır. Hər bir siyasi partiya demokratik proseslərin inkişafına öz töhfəsini verməyə borcludur”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında