Səfir Xəzər İbrahim : “Bu soyqırımları unutmayacağıq”

“Biz heç vaxt bu soyqırımları unutmayacağıq, hər zaman güclü olacağıq. Qardaş ölkə Türkiyə də həmişə bizim yanımızda oldu.” Bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş anım tədbirində çıxış edərkən deyib.  Tədbiri “Xocalı qurbanları anıldı” sərlövhəli məqalə ilə işıqlandıran “Yeni çağ” qəzeti səfirin son dövrlər medianın gündəmində olan “Zeytun budağı” hərəkatı ilə bağlı fikirlərinə də yer ayırıb. “Türkiyənin özünü müdafiə etmə haqqı var. Türkiyə terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Türkiyəyə qarşı çox hücum oldu. Türkiyə də təbii ki, bunlara qarşı öz sərhəd təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.”—deyə səfir Xəzər İbrahim bildirib.

AKP Artvin millət vəkili İsrafil Kışla beynəlxalq qurumların Xocalı qətliamı kimi qanlı olaylara laqeyd münasibətini tənqid edib və İslam coğrafiyasında həmrəyliyin vacibliyini vurğulayıb. “Azərbaycanın acısı bizim acımız, onun sevinci bizim sevincimizdir”- deyə İsrafil Kışla əlavə edib.

Qeyd edək ki, tədbirdə  Milli Məclisin deputatı Elman Məmmədov da iştirak edib.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında