Xalqımız budəfəki seçkidə də davamlı inkişafın və sabitliyin tərəfində olacaq

Ölkəmizdə növbəti Prezident seçkilərinin regionda ən mühüm hadisələrin baş verdiyi bir dönəmdə keçirilməsi təsadüfi deyil. Lakin əsas məsələ seçkinin bir neçə ay qabaq keçirilməsi deyil, hansı şəraitdə start götürməsi, bu önəmli kampaniyanın necə təşkilidir. Dünyanın demokratik dairələrini də məsələnin məhz bu tərəfi maraqlandırır.

 Azərbaycanın bələdiyyə, parlament və prezident seçkilərini keçirmək istiqamətində artıq normal təcrübə qazandığını beynəlxalq demokratiya mərkəzləri də dönə-dönə təsdiqləmişlər. Doğrudan da, ötən seçkilərin yekunları da sübut etmişdir ki, ölkəmiz demokratik,  şəffaf seçkilərin keçirilməsi iqtidarındadır. 

Həqiqətən, seçkilərin sivil qaydada, namizədlərin  bərabər mübarizə imkanları şəraitində keçirilməsi üçün həm mükəmməl Seçki Məcəlləmiz, həm də bu qanunların tələblərini yaxşı bilən, dəqiq icra edən mərkəzi, dairə və məntəqə komissiyalarından ibarət  mükəmməl seçki şəbəkəsi  var. İndiyə qədər keçirilən seçkilərdə əsas tələb bu olmuşdur ki, hər kəsin seçib-seçilmək hüququna hörmətlə yanaşılsın, proses şəffaflıq və obyektivlik şəraitində keçsin.

Biz müstəqilliyin qazanılması və qorunması yolunda böyük itkilərə məruz qalmış xalqıq. Bu yolda seçim yanlışlıqları öz ağır nəticələrini göstərib. Seçkilər, əslində, ümummilli maraqların qorunması üçün ədalətin, barışın, birliyin təmin olunması üçün əsas vasitədir.  Belə bir həssas dönəmdə də xalqımızın doğru, düzgün qərar verəcəyinə əminəm.

Artıq Azərbaycan xalqı, vətəndaş cəmiyyəti 20 il bundan əvvəlki kimi, emosiyalar üzərindən qərarlar qəbul etmək psixologiyasından çox uzaqlaşıb. Xalqımız daha uzaq hədəflərin, ümumi maraqların, milli birliyin, ərazi bütövlüyünün, sabitliyin qorunmasının vacibliyini illər keçdikcə daha yaxşı başa düşür. 

 Bütün bunlar regionumuzda olan geopolitik vəziyyət, transmilli layihələrin gerçəkləşdirilməsi fonunda baş verir. Ölkəmiz iri iqtisadi layihələrin gerçəkləşməsində, münaqişələrin qarşılıqlı dialoq və sülh yolu ilə həllində regionun əsas lokomotividir. Düşmən qüvvələrin məkrli siyasəti və təxribatları elə proseslər yarada bilər ki, biz qabaqcadan bunlara, hətta hər an müharibəyə hazır olmalıyıq. Bəzi korporativ dairələr hadisələrin sabit və dayanıqlı baş verməsində, regionda ortaq maraq dairəsinin cızılmasında maraqlı deyildir.

 Şübhəsiz, belə neqativ istək və təsirlərin müqabilində budəfəki Prezident seçkilərində də xalqımız hərtərəfli inkişaf və yeniləşməni təmin edə bilən siyasi qüvvəyə və onun liderinə səs verməklə, qazanılmış tarixi uğurların davam etməsinə tərəfdar çıxacaq.

Umud RƏHİMOĞLU,
Beynəlxalq Avrasiya
Mətbuat Fondunun sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında