Əminəm, qarşıdakı prezident seçkiləri beynəlxalq aləmdə demokratik seçkilər kimi qiymətləndiriləcək

Artıq Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, bu il aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bu barədə Prezident İlham Əliyevin sərəncamı var və bu sənədlə Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanıb keçirilməsinin təmin olunması həvalə edilib. Bildiyimizə görə, ölkəmizin mərkəzi seçki orqanı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün ölkə ərazisində ciddi fəaliyyətə başlayıb. Genişmiqyaslı maarifləndirmə işlərinə start verilib. Şübhəsiz ki, Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri, xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra əldə olunmuş böyük seçki təcrübəsi bu dəfə də şəffaf və ədalətli seçkilər keçirilməsini təmin edəcək. 

İndiyədək keçirilmiş seçkilərin nəticələrinə əsasən qətiyyətlə demək olar ki, ölkənin milli maraqlarına uyğun müstəqil siyasət yürüdən Azərbaycan azad və demokratik seçkilər keçirmək sahəsində zəngin təcrübə toplamışdır. Bunun üçün, ilk növbədə, beynəlxalq təşkilatların müsbət rəyini almış Seçki Məcəlləmiz mövcuddur. Bizim seçki təcrübəmiz son illərdə bir sıra ədalətli beynəlxalq təşkilatlar tərəfindən də lazımi qiymətini alıb, təqdir olunub. Şübhəsiz, bu dəfə də çalışmalıyıq ki, prezident seçkiləri istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə yüksək qiymətini alsın, demokratik seçkilər kimi qiymətləndirilsin. Təbii ki, bunun üçün aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyəti böyükdür. Azərbaycan Prezidenti cənab İlham Əliyev seçkilərin demokratik prinsiplərə uyğun təşkili, eləcə də səsvermə prosesində şəffaflığın təmin edilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında çox ciddi vəzifələr qoyur. Bu məsələdə dövlət başçısının siyasi iradəsi həmişə çox böyük rol oynayıb.

Ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə təmin edilmiş və bu gün uğurla davam edən ictimai-siyasi sabitlik də demokratik seçkilərin  keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə qazandığı imic öz təsirini göstərir. Artıq dünyada yaxşı bilirlər ki, Azərbaycan müstəqil siyasət aparır, heç bir ölkənin arxasınca sürünmür, ölkədə vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi təmin edilib. Getdikcə ölkədə demokratik prinsiplər daha çox bərqərar olur, seçkidən-seçkiyə daha artıq müsbət təcrübə toplanılır, seçicilərin fəallığı artır. Dairə və məntəqə seçki komissiyaları səsvermənin keçirilməsi məsələsində getdikcə daha çox püxtələşirlər. Bütün bunlar isə bizə imkan verir ki, qarşıdakı prezident seçkilərini əvvəlki seçkilərdən daha yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə keçirə bilək. İnanıram ki, müdrik və uzaqgörən xalqımız qarşımızda duran bu vəzifənin də öhdəsindən layiqincə gələcək.

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında