Azərbaycan beynəlxalq standartlara uyğun seçki keçirməyə qadirdir

Ölkəmiz müasir tarixində növbəti mühüm seçkiləri yüksək səviyyədə keçirməyə hazırlaşır. Ötən seçkilərdə olduğu kimi, qarşıdakı prezident seçkilərinin də  beynəlxalq standartlar səviyyəsində,  şəffaf, demokratik və ədalətli keçirilməsi üçün zəruri imkan yaradılmışdır.  Demokratik seçki keçirilməsi istiqamətində qazandığımız zəngin təcrübə  bir daha əminlik yaradır ki,  11 aprel seçkiləri yüksək standartlara uyğun keçiriləcək və səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirəcək.

Azərbaycan rəhbərliyinin seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün siyasi iradə nümayiş etdirməsinin dəfələrlə şahidi olmuşuq.  Dövlətin belə qətiyyətli mövqeyi də qarşıdakı prezident seçkilərinin ədalətli keçiriləcəyinə, xalqın iradəsini əks etdirəcəyinə və ölkədə demokratiyanın inkişafı prosesində mühüm addım atılacağına inamı daha da gücləndirir.

Seçki hüququ Konstitusiya ilə müəyyən edilir. Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı fəslində qeyd edilir ki, Azərbaycan vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Konstitusiyaya əsasən, seçki hüququ sahəsində yaranan münasibətlər Seçki Məcəlləsi ilə tənzimlənir. Azərbaycanda Seçki Məcəlləsi aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış və müasir demokratik seçki prinsip və normalarını özündə əks etdirir.  Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu  və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilib. ­2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil olunub.  Beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi baza yaradaraq, namizədlərin qeydiyyatı və seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə imkan yaradır.

Siyasi mənsubiyyətindən və  mövqeyindən asılı olmayaraq, hər bir kəsə prezident seçkilərində namizəd kimi iştirak etmək üçün yaradılan şərait br daha təsdiqləyir ki, Azərbaycanda demokratik seçkilərin keçirməsi üçün siyasi  iradə və əlverişli şərait vardır.

Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında