Elçin Mirzəbəyli: İndiki şəraitdə seçkilərin boykot edilməsi üçün heç bir əsas yoxdur

“Aprelin 11-də keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşırıq. Ümumiyyətlə, ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etmişik . Pariyaların qarşısına qoyulan tələblərdən biri də bir seçki başa çatdıqdan sonra qarşıdan gələn növbəti seçkilərə hazırlaşmaqdır”.  Bu fikri bizimlə söhbət zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, partiyanın MSK-da səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli səsləndirdi.

Bildirdi ki, əslində, siyasi partiyalar il boyu seçkiyə hazırlaşmalıdır. Bunu əsas tutaraq, biz də prezident seçkilərinə  ötən illərdən hazırlaşırıq. Ona görə də bu gün hər hansı bir problemlə qarşılaşmırıq: “Seçki gününün irəli və ya geri çəkilməsi bizim hazırlıq işlərimizə bir o qədər də problem yaratmır. Seçkilərin çağırılması Prezidentin müstəsna hüququdur. Digər tərəfdən, bildiyiniz kimi, Azərbaycanda referundum keçirilərək, Konstitusiyaya əlavə və dəyişikliklər edildi. Əlavə və dəyişikliklərdə  məhz prezidentliklə bağlı  maddələr də  öz əksini tapıb.   Bu baxımdan  seçkilərin vaxtının dəyişdirilməsi, irəli və ya geri çəkilməsi üçün kifayət qədər ciddi hüquqi əsaslar var”.

E.Mirzəbəyli dedi ki, prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi ilə əlaqədar səsləndirilən iradların və ya etiraz aksiyalarının keçirilməsinə heç bir əsas yoxdur: “ Seçkiləri boykot  çağırışına təəssüf edirəm. Siyasi partiyaların vəzifəsi ilk növbədə seçkilərdə fəal iştirak etməkdir. Bütün dünyada bel bir qayda mövcuddur:  siyasi hakimiyyətə gəlməyin yeganə leqal yolu seçkilərdir. Əgər bir siyasi partiya seçkilərdə iştirak etmirsə, bu, faktiki olaraq onu sübuta yetirir ki, məqsəd heç də seçki fəaliyyətindən ibarət deyil, ayrı korporativ maraqlardan xəbər verir. Çünki indiki şəraitdə seçkilərin boykot edilməsini əsaslandıran heç bir amil yoxdur. Göründüyü kimi, bu addımların atılması məqsədyönlü xarakter daşıyır. Əsas məqsəd isə onları idarə edən qüvvələrə Azərbaycanın əleyhinə kampaniya aparmaq  üçün fürsət verməkdən ibarətdir.  Belələrinin diqqətinə çatdırıram ki, indiyə qədər bu istiqamətdə atılan  addımların heç bir effekti olmayıb və bundan sonra da olmayacaq”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında