Azərbaycan demokratik dəyərlərə yüksək önəm verir

Artıq ictimaiyyətə yaxşı məlium olduğu kimi, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. 

Bu barədə Prezident İlham Əliyevin sərəncamı var və bu sənədlə Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanıb keçirilməsinin təmin olunması həvalə edilib. Bildiyimizə görə, ölkəmizin mərkəzi seçki orqanı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq fəaliyyətə başlayıb. İnanırıq ki, Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri, xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra qazanılmış böyük seçki təcrübəsi bu dəfə də şəffaf və ədalətli seçkilər keçirilməsini təmin edəcək. Elə bu yaxınlarda MSK sədri Məzahir Pənahov da qeyd etdi ki, Azərbaycanda mövcud olan sabitlik şəffaf və demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradır. Bütün seçki komissiyalarının fəaliyyətinin Seçki Məcəlləsinin tələbinə uyğun təmin edilməsi üçün də hər cür şərait mövcuddur.

İndiyədək keçirilmiş seçkilərin nəticələrinə əsasən demək olar ki, ölkənin milli maraqlarına uyğun müstəqil siyasət yürüdən Azərbaycan azad və demokratik seçkilər keçirmək sahəsində zəngin təcrübə toplamışdır. Bizim seçki təcrübəmiz son illərdə bir sıra ədalətli beynəlxalq təşkilatlar tərəfindən də lazımi qiymətini alıb, təqdir olunub. Şübhəsiz, bu dəfə də çalışmalıyıq ki, prezident seçkiləri istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə yüksək qiymətini alsın, demokratik seçkilər kimi qiymətləndirilsin.

Biz ölkə ziyalıları bilirik ki, Azərbaycanda hər dəfə seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi çox böyük rol oynayıb. Dövlətimizin başçısı həmişə mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında seçkilərdə şəffaflığın təmin edilməsi, demokratik prinsiplərin maksimum dərəcədə qorunması ilə bağlı çox ciddi vəzifələr qoyub. Ölkəmizdə ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində bərqərar olmuş, hazırkı hakimiyyət tərəfindən cəsarətlə qorunub saxlanan sabitlik, təhlükəsiz mühit də seçkilərin demokratik prinsiplər əsasında keçirilməsini şərtləndirən mühüm amillərdəndir. Bundan əlavə, ölkədə vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi təmin edilib. Azərbaycanda demokratik prinsiplərin, sabitliyin bərqərar olması, qazanılan sosial-iqtisadi nailiyyətlər, aparılan köklü islahatlar seçkidən-seçkiyə seçicilərin fəallığının artmasına səbəb olub. Seçicilərimiz də inanırlar ki, indiyə qədərki seçkilərin təcrübəsi qarşıdakı prezident seçkilərinin ən yüksək demokratik meyarlara uyğun şəkildə keçirilməsinə imkan verəcək və həmişə olduğu kimi, beynəlxalq və yerli müşahidəçilər seçkilərin nəticələri ilə bağlı müsbət rəylər söyləyəcəklər.

Qasım MƏMMƏDOV,
ADNSU-nun prorektoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında