Kestutis Yankauskas: “Azərbaycan prezident seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilərə dəvət göndərib”

Avropa İttifaqı seçkini ölkənin həyatında mühüm hadisə hesab edir. APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

“Seçki ölkənin həyatında vacib hadisədir. Avropa İttifaqı ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının 1 həftə əvvəl Brüsseldə 5-ci iclası oldu. Azərbaycanı nazir Elmar Məmmədyarov təmsil etdi. Seçkilər müzakirə mövzularından biri idi. Xanım Mogerini bildirdi ki, biz ilk növbədə seçkilərin açıq və demokratik keçiriləcəyinə ümid edirik. Azərbaycan dəvət göndərib. Avropa İttifaqı hər zaman ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təcrübəsinə əsaslanır. Bilirəm ki, onlara da dəvət göndərilib. Hazırda bu məsələyə baxılır”, – deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında