Məzahir Pənahov: Seçki prosesinin yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirlər görüləcək

Fevralın 19-21-də regionlarda dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcək. Təşkil olunan tədbirlərdə rayon icra hakimiyyəti başçılarının müavinləri, məhkəmə sədrləri, prokurorlar və polis rəisləri iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK-nın sədri qeyd edib ki, seminar-müşavirədə Seçki Məcəlləsinin tələbindən irəli gələn məsələlər yerli rəsmi qurumun rəhbərlərinə çatdırılır. Bununla yanaşı, MSK nümayəndələri də regionlarda təşkil edilən tədbirlərdə iştirak edəcəklər.

Seçki prosesinin yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirlərin görüləcəyini qeyd edən Məzahir Pənahov bildirib ki, seçkiləri izləmək üçün müxtəlif ölkələrdən müşahidəçilər dəvət olunacaq. Həmçinin məntəqələrin 20 faizində vebkameralar quraşdırılıb ki, bu da seçki prosesinin şəffaf formada izlənməsinə kömək edəcək.

 “Cəmiyyətdə baş verən proseslərin güzgüsü mətbuatdır. Azərbaycanda artıq kifayət qədər məsuliyyətli və peşəkar mətbuat formalaşıb”, - deyən Məzahir Pənahov seçki prosesinin şəffaf və demokratik keçirilməsində KİV-in də müstəsna rolunun olduğunu bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında