Çeys KERRİ: Yarışa yeni ruh qatmaq istəyirik

“Məqsədimiz dünyanı təmsil edən şəhərləri tanıtmaqdır. İnsanlar yarışı izləyəndə “ora getmək istəyirəm” deməlidirlər. Bakı bizim strategiyamız, azarkeş bazamızı artırmaq üçün çox əhəmiyyətlidir.” “Formula 1 group” şirkətinin baş icraçı direktoru Çeys Kerri Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilmiş “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları – 2018” adlı konfransda çıxışı zamanı belə dedi.

Onun sözlərinə görə, dünyada milyonlarla sürət həvəskarı “Formula 1” yarışlarını televiziya, internet və digər rəqəmsal kanallar vasitəsilə izləməkdədir. Odur ki, Bakıda keçiriləcək “Formula 1” yarışlarına tamaşa edən insanları Bakıya cəlb etmək lazımdır. Elə platforma yaratmalıyıq ki, Bakı bundan böyük fayda götürsün: “Ötənilki Qran-pri həyəcanlı idi və çalışırıq ki, budəfəki yarışda həyəcanı artıraq. Biz çalışacağıq ki, insanlar yarışlardan daha böyük zövq alsınlar. Onlar yarışın həyəcanını hiss etməli, canlı izləməyə can atmalıdırlar”.

Qonaq həm də məqsədlərinin yarışın keçirildiyi şəhərləri tanıtmaq olduğunu vurğuladı.

İdmanın bir əyləncə olduğunu diqqətə çatdıran qonaq hər şeyin yarış ətrafında qurulduğunu bildirdi. “Əhəmiyyətli olan budur. İnsanlar yarışa 2-3 saatlıq deyil, bir həftə üçün gəlirlər. Burada müəyyən tədbirlər də olmalıdır. Bütün işlərimiz yarışla bağlıdır. Bunun üzərinə əlavə əyləncə, yeni enerji qatmaq istəyirik. Kiçik detalları dəyişməklə həyəcanı artırmalıyıq. Dəyişikliklərə davam edəcəyik. Yarışa yeni ruh qatmaq istəyirik” – deyə şirkətin baş icraçı direktoru Çeys Kerri əlavə etdi.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında