Hər bir vətəndaş ölkəmizin inkişafına öz töhfəsini verməlidir

Təbii ki, hər bir kəsin dövlət və qanun qarşısında öz vətəndaşlıq borcu var. Həmin borclardan biri də ölkədə keçirilən seçkidə iştirak etmək, səsvermə günü seçki məntəqələrinə gedərək səs verməkdir.

Çünki istənilən cəmiyyətin demokratikliyinin göstəricisi kimi məhz vətəndaşların seçkidə iştirak zamanı nümayiş etdirdiyi mütəşəkkillik əsas götürülür. İndi beynəlxalq aləmdə belə fikir formalaşıb ki, insanlar səsvermə günü seçki məntəqəsinə gedir, gündəlikdəki məsələyə öz münasibətini bildirirsə, deməli, həmin ölkədə cəmiyyətin demokratikləşdirilməsi istiqamətində uğurlu addımlar atılıb. Qətiyyətlə deyə bilərəm ki, həmin tezis bugünkü Azərbaycan həqiqətləri ilə üst-üstə düşür.

Mən, rəhbərlik etdiyim musiqi kollektivinin və ailəmizin üzvləri müstəqillik illərində keçirilən bütün seçkilərdə məmnuniyyətlə iştirak etmişik. Çünki bu mənim doğulub böyüdüyüm, yaşayıb-işlədiyim, gələcəkdə isə nəvə-nəticəmin yaşayacağı ölkədir. Ona görə də bu ölkənin gələcək inkişafının, tutulacaq yolun necə olacağı barədə sualın cavablandırılmasında mənim də səsimə ehtiyac varsa, mən o səsi nə üçün əsirgəməliyəm? Heç zaman əsirgəməmişəm. Hətta bəxtimdən elə olub ki, bir neçə dəfə mənim səs verdiyim anları seçki məntəqəsindən kənarda – videokameralar vasitəsilə izləyənlər də olub. Məhz seçki prosesi həmin şəkildə, aşkarlıq, demokratiya və ədalət prinsipləri qorunaraq təşkil edilirsə, deməli mənim səsimə mütləq ehtiyac var.

Bir televiziya müxbirinə də demişdim: Artıq 30 ilə yaxındır ki, SSRİ yoxdur. Artıq 27-ci ildir ki, biz öz dövlət müstəqilliyimizin əbədiləşdirilməsi üçün çalışırıq. Bu istiqamətdə siyasətçilərin, diplomatların, dövlət rəsmilərinin öz xidməti var, yaradıcı adamların, mədəniyyət xadimlərinin və hətta, ən sadə, sıravi vətəndaşın da öz xidməti. Mən musiqi adamı, mədəniyyət xadimi olduğuma görə etiraf edim ki, qanunlarla o qədər də yaxından maraqlanmamışam. Amma onu bilirəm ki, dəfələrlə olduğum Avropa ölkələrində mənim ölkəmin Seçki Məcəlləsi, seçkilərin keçirilməsi təcrübəsi haqqında ürəkaçan sözlər eşitmişəm. Həmişə fəxr etdiyim həmin faktlar heç zaman yadımdan çıxmır. Ona görə də, 11 aprel seçkilərində böyük məmnuniyyətlə iştirak edəcəyəm.

Ağaverdi PAŞAYEV,
Xalq artisti, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında