Fərəc QULİYEV: Prezident seçkilərini boykota çağıran partiya sədrləri öz elektoratlarını aldadırlar

Aprelin 11-də keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılacaq partiya sədrlərindən biri də Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri, Milli Məclisin deputatı Fərəc Quliyevdir. O, bizimlə söhbətində də bu məlumatı təsdiqlədi.

F.Quliyev dedi ki, seçkilərdə iştirak etmək hər bir kəsin hüququdur. İstənilən partiya seçkilərdə iştirak etməlidir. Onun fikrincə, partiyanın formalaşması hakimiyyətə gəlməyə xidmət edir: “Hakimiyyətə gəlməyin yeganə bir yolu var. Bu, sivil seçki yoludur. İstər parlament, istər bələdiyyə, istərsə də prezident seçkiləri olsun, hər bir partiya mütləq iştirak etməlidir. Çünki bura bir sınaq, mübarizə meydanıdır. Bu seçkilərə qatılmaq istəməyən siyasi partiyalar və onların rəhbərləri öz elektoratlarını aldatmış olurlar. Elektorat ona görə yığılır ki, öz düşüncəsini, ideyalarını reallaşdırsın və hakimiyyətdə təmsil olunsun. Hesab edirəm ki, seçkilərdə iştirak etməyən, boykot qərarı verib kənara çəkilənlər öz elektoratını aldadan və hansısa dairələrin sifarişlərini yerinə yetirənlərdir”.

F.Quliyev bildirdi ki, siyasi partiyalar imkanları zəif və ya güclü olmasına baxmayaraq, təşkilatlanmalı və seçkilərə qatılmalıdır. Bununla həmin partiya həm imkanlarını yoxlayır, həm düşüncəsini xalqa təqdim edir: “Partiyamızın Ali Məclisi seçkilərdə iştirak etmək barədə qərar qəbul etdi və mənim prezidentliyə namizədliyim irəli sürüldü. Mən də partiya sədri olaraq, prezident seçkilərində namizəd kimi mübarizə aparacağam”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında