Deputat Məlahət İbrahimqızı: Azərbaycan xalqı aprelin 11-də sabitliyə və inkişafa səs verəcək

"Azərbaycan xalqı birmənalı olaraq, ümummilli lider Heydər Əliyev siyasətinin alternativini görmür. Buna görə də təbii ki, xalq aprelin 11-də bir daha tərəqqiyə, sabitliyə, davamlı inkişafa səs verəcək".

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, YAP-ın VI qurultayında cəmiyyətin, ziyalıların, bir sözlə, bütün təbəqələrin təmsilçiləri aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın prezidentliyə namizədini yekdilliklə müdafiə edəcəklərini vurğulayıblar.

M.İbrahimqızı qeyd edib ki, Azərbaycan xalqının 2003-cü ildə etdiyi müdrik seçim nəticəsində bütün sahələrdə çox böyük işlər görülüb, yeni layihələrə imza atılıb, iqtisadi inkişafa nail olunub. Qazanılan bütün nailiyyətlərin əsasında düşünülmüş müstəqil siyasət, mükəmməl islahatlar kursu dayanır və bu islahatlar insan amilinə, əhalinin sosial rifahının yaxşılaşdırılması kimi  konseptual məqsədlərə söykənir.

Dünyanın müxtəlif regionlarında, xüsusilə Şərq ölkələrində yaşanan qanlı qarşıdurmalara rəğmən, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur. Düzgün və məqsədyönlü xarici siyasət kursu, ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərin milli maraqlar çərçivəsində qurulması ölkəmizin sabit inkişafını təmin edir. Bu bir həqiqətdir ki, artıq  Azərbaycan bütün dünyada sülh və tolerantlıq məkanı kimi tanınır, mədəniyyətlərarası dialoq, multikulturalizm ideyalarının təşviqi missiyasını böyük uğurla yerinə yetirir.

Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində  həlli istiqamətində diplomatik fəaliyyət uğurla davam etdirilir. Azərbaycan güclü orduya malikdir, silahlı qüvvələrimiz  ən müasir silahlarla təchiz olunub.

Deputat əlavə edib ki, aparılan xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər, Ermənistanı isə işğalçı dövlət kimi tanıyan qərarlar qəbul ediblər. Bununla yanaşı, Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının birləşdiyi əlverişli logistik mərkəzə çevrilib.

Tarixi "İpək yolu"nun gerçəkləşməsində Azərbaycanın xüsusi xidmətlərini vurğulayan Məlahət İbrahimqızı bütün bunların həm ölkəmizin beynəlxalq aləmə verdiyi töhfə, həm də beynəlxalq ictimaiyyətin Azərbaycana olan münasibətinin göstəricisi olduğunu bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında