Musa Qasımlı: Konstitusiyanın tələblərinə tam riayət olunub

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Bununla bağlı Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı redaksiyamıza fikirlərini bildirib:

– Əvvəla, bunu mütləq qeyd etməliyəm ki, ölkəmizdə prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi dövlət başçısının müstəsna səlahiyyətindədir. Bu səlahiyyət isə bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericilik aktlarına tamamilə uyğundur.

Məlum olduğu kimi, ümumxalq referendumu yolu ilə Əsas Qanunumuza edilmiş əlavə və dəyişikliklərə əsasən prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Seçkilərə bir neçə ay qalmış seçkinin təyin edilməsi qanunlarımıza əsaslanır və tamamilə gözlənilən idi. Dünyanın qabaqcıl ölkələrində belə seçkilərin təyin edilməsi və keçirilməsinə dair onlarca misal gətirmək olar. Ona görə də ölkəmizdə belə bir qərarın qəbul edilməsində nəsə qeyri-adi bir şey axtarmaq və əsası olmayan şərhlər vermək yersizdir.

Həmçinin, seçkilərin keçirilməsinə dair qərar verilərkən, ilk növbədə Ana Qanunumuzun tələbləri əsas götürülüb. Bunu da xüsusi olaraq qeyd etməliyik ki, 2018-ci il ölkəmizdə bir sıra böyük tarixi əhəmiyyətli, beynəlxalq səviyyəli toplantıların  keçirilməsi ilə yadda qalacaq. Dövlət başçısının sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi, xalqımıza qarşı erməni-daşnak dəstələrinin və Bakıdakı bolşevik hakimiyyətinin törətdiyi soyqırımının 100 illiyi, Milli Ordumuzun yaradılmasının 100 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və digər vacib əhəmiyyətli silsilə tədbirlərin keçirilməsi məhz bu il planlaşdırılır. Bütün bunları, o cümlədən, prezident seçkilərinin layiqincə keçiriləcəyinə inanıram. Hesab edirəm ki, xalqımız tam azad, demokratik, şəffaf, ədalətli seçkilər keçirəcək.

 Təqdim etdi:
Anar TURAN, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında