Ölkəmiz inamla böyük uğurlara imza atır

Doxsana yaxın yaşım var.  Əksər yaradıcı ziyalılar kimi, mən də heç zaman heç bir partiyanın üzvü olmamışam. Ancaq ölkəmizi  dövlət müstəqilliyimizin bərpasının ilk illərindəki çoxsaylı problem və məhrumiyyətlərdən xilas etmiş Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim bəyənmiş və dəstəkləmişəm. Bu partiyanın aprelin 11-də keçiriləcək prezident seçkilərinə namizəd göstərilməsi barədə qərarını isə  bəyənmək azdır, həm də alqışladım.

Bunun  səbəbini açıqlamaq üçün geridə qalan illərdən təkcə birinin – ötən ilin Azərbaycan həqiqətlərini yada salmaq kifayətdir.   Bu il yanvarın 10-da keçirilən mötəbər bir tədbirdə elan edildi ki, 2017-ci ildə  Azərbaycan iqtisadi sahədə çox böyük uğurlar əldə edibdir. Çünki həmin  il dərin iqtisadi islahatlar ili idi.  Ötən il həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət veriblər. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.

Bu, çox böyük göstəricidir. Sadalanan faktlar  onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf etmişik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq, doğrudan da,  böyük nəticədir.  Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk.  Beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır.

Bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olan Yeni Azərbaycan Partiyasının iqtidarda olması sayəsindədir. Ona görə də, hesab edirəm ki, növbəti prezident seçkilərində bu partiyanın namizədi kimi məhz partiya sədrinin seçilməsi tamamilə təbii arzu və ədalətli qərardır.

Partiyanın VI qurultayında  700 mindən çox siyasi həmfikiri təmsil edən bir neçə natiqin  arasında  işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevin də olması məni xüsusilə sevindirdi. Çünki bu faktın çox böyük siyasi əhəmiyyəti var idi. Partiya rəhbərliyi bədxahlarımıza başa salırdı ki, biz xalqımızı öz ata-baba torpaqlarına qaytarmağı, yurd-yuvamızı düşmən tapdağından azad etməyi bacaran lideri namizəd kimi tanıyırıq.  Elə bu qərarın yekdilliklə qəbul olunması da xalqın öz sabahını etibar etdiyi namizədi dərindən tanıdığının sübutu idi.

Tofiq BAKIXANOV, 
Xalq artisti, professor, Prezident təqaüdçüsü,
“Şöhrət” ordenli bəstəkar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında