Mariya ZAXAROVA: Prezident seçkiləri Azərbaycanın daxili işidir

“Azərbaycanda prezident seçkilərinin keçirilməsi  bu suveren ölkənin daxili işidir”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin sualını cavablandırarkən deyib.

M. Zaxarova bildirib ki, seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı, ilk növbədə, Azərbaycan hökumətinə müraciət edilməlidir: “Azərbaycan hökuməti də bunu artıq şərh edib”.

Zaxarova daha sonra qeyd edib ki, Rusiya və Azərbaycan arasında humanitar dialoq mükəmməl şəkildə inkişaf etdirilir. Bu istiqamətdə bir sıra konsertlər, sərgilər təşkil olunur, müxtəlif mədəni mübadilələr aparılır: “Biz Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 25 illiyini həm Xarici İşlər Nazirliyinin, həm də səfirliklərimizin xətti ilə qeyd etdik. Bizim insanlarımızı bir-birinə ortaq tarix, mədəniyyət və ənənələr bağlayır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında