Növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin tələblərinə tam uyğundur

Fevralın 5-də Azərbaycan Prezidenti cənab  İlham Əliyev ölkəmizdə   növbədənkənar prezident seçkilərinin keçirilməsi  haqqında sərəncam imzalayıb.  Bu sərəncama uyğun olaraq növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib.  Sərəncamda nəzərdə tutulmuş məsələlər  Azərbaycan  Konstitusiyasının  və  qanunvericiliyinin tələblərinə tam uyğundur. 

Nəzərə almaq lazımdır ki,  bu ilin may ayından başlayaraq ölkəmiz bir sıra yerli və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edəcək.  Ulu öndərin  95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirlər, Beynəlxalq Humanitar Forum keçiriləcək. Həmçinin bu il TANAP, TAP və "Şahdəniz-2" layihələri ilə bağlı müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulur.  Təbii ki, bu ilin ikinci yarısında keçirilməsi  nəzərdə tutulan belə möhtəşəm  tədbirlərin prezident seçkiləri ilə eyni vaxta düşməsi  o qədər də məqbul  olmazdı. Hökumətin formalaşması, başqa  məsələlərin həlli baxımından prezident seçkilərinin aprel ayına təyin edilməsi düşünülmüş və düzgün addımdır.

Digər bir məsələ də ondan ibarətdir ki, 2025-ci ildə keçiriləcək parlament seçkiləri  prezident seçkiləri ilə eyni vaxta düşür. Belə olan təqdirdə  iki seçki kampaniyası toqquşur.  Bu səbəbdən də prezident seçkilərinin bu il aprel ayının 11-nə təyin olunması tam normal qarşılanmalıdır.

Hər kəsə məlumdur ki, bu gün Azərbaycan dünyada öz sözünü deyən  ölkədir. Azərbaycan genişmiqyaslı regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Respublikada daxili sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa  tam  şəkildə nail olunub. Dünya dövlətləri Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş olduğunu dəfələrlə diqqətə çatdırıblar. Bütün bunlar uğurla  həyata keçirilən  daxili və xarici siyasətin nəticəsidir.

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında