Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu prinsiplərinə sadiqdir

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu mühüm siyasi kampaniya 2018-ci il aprelin 11-nə təyin olunub. Müstəqli Azərbaycanın ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən bu qərar ölkə ictimaiyyəti, ziyalılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb.

Bu məsələ ilə əlaqədar redaksiyamıza tez-tez zənglər olur. Dünən zəng edənlərdən biri də Milli Məclisin deputatı Tahir Rzayev idi. Tahir müəllim bu barədə danışarkən dedi:

– Düşünürəm ki, möhtərəm dövlət başçımızın ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı, ilk növbədə Azərbaycan xalqının maraqlarına xidmət edir. Zərrə qədər şübhə etmirəm ki, bu mühüm siyasi kampaniya ölkəmizdə əvvəlki prezident seçkiləri kimi, tam şəffaf, demokratik və ədalətli mübarizə şəraitində keçiriləcək. Əminəm ki, seçkilərdə məhz xalqımızın dərin inamını qazanan, ən güclü, ən layiqli namizəd qələbə çalacaq. 

Bu gün Azərbaycan dünyanın ən sivil, demokratik dövlətlərindən biridir. Müstəqil Azərbaycanda milli dövlətçiliyimizin bünövrəsini dahi siyasətçi Heydər Əliyev qoyub. Bu gün ölkəmiz hüquqi, demokratik dövlət quruculuğu prinsiplərinə tamamilə sadiqdir. Belə ki, ulu öndərin Azərbaycanın parlaq gələcəyinə xidmət edən müdrik siyasi xətti yeni dövrün reallıq və çağırışlarına uyğun olaraq böyük uğurla həyata keçirilir. Xalqımız bunu görür və yüksək qiymətləndirir.

Bəli, son illər Azərbaycanda həyatın bütün sahələrində möhtəşəm uğurlar əldə edilib. Ölkəmiz iqtisadi, hərbi cəhətdən güclənib, xalqımızın həyat səviyyəsi yaxşılaşıb. Lakin sirr deyil ki, həm daxildə, həm də ölkə xaricində Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələr var. Onlar iqtidarla xalq arasında süni surətdə narazılıq salmağa, bundan istifadə edib xalqımızın var-dövlətini ələ keçirməyə çalışırlar. Lakin unudurlar ki, heç bir qüvvə Azərbaycan xalqı ilə onun dərin etimadını qazanan iqtidar arasında nifaq sala bilməz.

Yeni Azərbaycan Partiyasının VI qurultayı möhtərəm dövlət başçımız İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. Fevralın 5-də  isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hörmətli dövlət başçımızın namizədliyini irəli sürmüşdü. Fikrimcə, AHİK kimi kütləvi ictimai təşkilatın, YAP kimi aparıcı siyasi qüvvənin bu mühüm qərarları, əslində ölkə əhalisinin ümumi rəyini ehtiva edir.

Sonda bir daha vurğulamaq istərdim ki, azad və ədalətli seçkilər hər bir sivil dövlətin inkişaf  və tərəqqisini təmin edir. Azərbaycan da məhz bu yolla irəliləmək əzmindədir. Bu, bir həqiqətdir, Azərbaycan xalqının iradəsini təcəssüm etdirir! 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında