Bu il də Vətənimiz üçün uğurlu olacaq

2018-ci ilin  Vətənimiz üçün çox uğurlu və yaddaqalan olacağına məndə  böyük inam var.  Bu il  Azərbaycan Respublikasının  və onun Milli Ordusunun yaranmasının  100 ili tamam olur və bununla bağlı olan təntənəli tədbirlər  mayın 28-də və iyunun 26-da qeyd olunacaq. Şübhəsiz ki, bu tarixi hadisələr hər bir Azərbaycan vətəndaşı üçün  olduqca əziz və qürurludur.

Azərbaycan Respublikasında Prezident seçkilərinin bu il  aprelin 11-də keçirilməsini məntiqli və məqsədəuyğun hesab edirəm. Bir-birinin ardınca keçiriləcək bu tədbirlər ölkəmiz üçün   böyük əhəmiyyət kəsb edəcək.  Bu baxımdan əminəm ki,  2018-ci il Azərbaycan Respublikası üçün uğurlu və düşərli olacaq.

Bu gün fəxrlə demək olar ki, Azərbaycanda  həyata keçirilən  davamlı islahatlar  bütün sahələrdə öz müsbət nəticələrini  verib. Azərbaycanda illər boyu davam edən Qarabağ münaqişəsinə  biganə qalan və analarımızın harayını eşitməyən dünya sanki yuxudan oyanıb və ölkəmizdə baş verənlərə bu gün  tamamilə başqa mövqedən  yanaşmağa başlayıb.

Sözsüz ki,  Qarabağ problemini  və  bununla Azərbaycanın mövqeyini dünyaya  ilk çatdıran ulu öndər  Heydər Əliyev olub. Bu  kurs  sonrakı illərdə  də  uğurla davam etdirilib. Müasir dövrün müxtəlif siyasi platformalarında -- BMT və Avropa parlamenti, NATO və İslam ölkələrinin təşkilatı,  dövlət səviyyəsində baş verən tədbirlər və görüşlər Azərbaycan həqiqətlərini  çox aydın və inandırıcı şəkildə dünyaya  bəyan edib. Azərbaycanda son  illər  aparılan  məqsədyönlü  siyasət  məni bir azərbaycanlı kimi sevindirir və ruhlandırır.

Biz çox dinamik inkişaf edən, daim  dəyişən  bir dövrdə yaşayırıq. Azərbaycanın aydın görünən və bəlkə də  bir o qədər görünməyən uğurlarının, hər böyük və kiçik əhəmiyyətli nailiyyətlərinin arxasında çox ciddi, dərin və məqsədyönlü  iş durur və bu işin bir adı var ki, o da xalqla dövlətin birliyidir. Bu birlik Azərbaycanı daha güclü və qüdrətli edib, regionda lider  dövlətə çevirib.

Bu gün Azərbaycanda  həyata  keçirilən nəhəng quruculuq işləri, Vətənimizin beynəlxalq aləmdə tanıdılması bu  siyasətin  önündə  gedən müdrik rəhbər İlham Əliyevin Azərbaycanda  keçiriləcək   prezident  seçkilərində namizədliyinin Yeni Azərbaycan Partiyasının 2018-ci il fevralın 8-də kecirilmiş qurultayında  yekdilliklə dəstəklənməsi  olduqca  qürurverici haldır.

Təbii ki, Azərbaycanın hər bir vətənpərvər nümayəndəsi bu çağırışa qoşulacaq 2018-ci il  aprelin 11-də prezident seçkilərində iştirak edəcək və ən layiqli namizədə səs verəcək!

Fərhad BƏDƏLBƏYLİ,
Azərbaycan Musiqi Akademiyasının  rektoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında