Politoloq Arzu Nağıyev: Növbədənkənar prezident seçkilərinin keçirilməsi bir sıra mühüm məsələlərin həllinə müsbət təsir edəcək

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi bir sıra mühüm məsələlərin həllinə müsbət təsir edəcək. Bunu Trendə açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Ekspert bildirib ki, dövlət başçısının növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sərəncamı Azərbaycan qanunvericiliyinə tam uyğundur:
“Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq öz səlahiyyətləri çərçivəsində prezident seçkilərinin vaxtını təyin edib. Prezident seçkilərinin növbədənkənar keçirilməsinin bir neçə səbəbi var. Məsələn, bildiyiniz kimi, 2025-ci ildə ölkədə parlament seçkiləri keçiriləcək. Prezident seçkiləri də 7 ildən bir keçirildiyi üçün həmin seçkilərlə üst-üstə düşə bilər. İkinci mühüm məsələ odur ki, bu il regionda – Rusiya, Ermənistan, Gürcüstan və Azərbaycanda seçki ilidir. Bu seçkilərin bir hissəsi məhz mart–aprel aylarına təyin olunub. Ermənistanda martın 2-də, Rusiyada martın 18-də prezident seçkiləridir. Azərbaycanda prezident seçkilərinin aprel ayına təyin edilməsinin bir səbəbi də onunla bağlıdır ki, Ermənistan siyasi hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda hər hansı bəhanə gətirib prosesi yubatmasın”.

A.Nağıyev bildirib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi bir sıra beynəlxalq və mötəbər tədbirlərlə də əlaqədardır: “Bu il həm də TANAP, TAP və “Şahdəniz-2” layihələri ilə bağlı müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır. İlin ikinci yarısına təyin edilən bu tədbirlərin təşkili ilə əlaqədar prezident seçkilərinin tez keçirilməsi məqsədəuyğundur. Bu il, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir və bununla bağlı ölkəyə çoxsaylı qonaqların gəlişi, bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Yəni bir çox mühüm tədbirlərin bu ilin ikinci yarısına təyin olunduğunu nəzərə alsaq, hökumətin formalaşması, digər məsələlərin həlli baxımından prezident seçkilərinin aprel ayına təyin edilməsi düşünülmüş və düzgün addımdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında