Azərbaycanda reallaşdırılan siyasət milli maraqlara söykənir

Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması barədə dövlət başçısının 5 fevral 2018-ci il tarixli  sərəncamı ilə bağlı İqtisadi  və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramov  söhbət zamanı bunları dedi:

– “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur. Bu məsələ ilə bağlı, fikrimcə, polemika açmaq, müzakirə aparmaq, yaxud ölkədə hansısa bir qeyri-adi şərait barədə mülahizələr, fərziyyələr yürütmək uğursuz addımdır, ümumiyyətlə, düzgün yanaşma deyil.

Sadəcə olaraq, hər bir kəs  2016-cı ildə keçirilən  Azərbaycan Konstitusiyasına düzəlişlərlə bağlı referendumu xatırlamalıdır. Orada xalqımızın iradəsi ilə prezidentlik müddətinin 7 ilədək uzadılması hamımızın yaxşı yadındadır. Belə olduğu təqdirdə isə 2025-ci ildə prezident və parlament seçkiləri eyni vaxta təsadüf edir. Təbii ki, bu cür şəraitdə, heç kəsə sirr deyil ki, seçki maraqları toqquşur, necə deyərlər, çarpaz mənafelər ortaya çıxır. Bax, elə buna görə də prezident seçkisinin bu il aprel ayının 11-nə təyin olunması normal qarşılanmalıdır. 

Burada bir məqama da diqqət yetirmək istərdim. Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkisinin keçirilməsi) maddəsinin əvvəlki variantına görə, növbədənkənar prezident seçkisi barədə qərar verilərsə, Mərkəzi Seçki Komissiyası bu seçkini elan edildikdən sonrakı 3 ay ərzində keçirməliydi. Lakin yeni qəbul edilən varianta əsasən, bu müddət iki aya (60 gün) endirildi. Başqa sözlə, indiki şəraitdə prezident növbədənkənar seçki barədə qərar verərkən həmin dəyişikliyə əsaslanıb.

Prezident seçkilərinin ertələnməsi həm də onunla bağlıdır ki, əvvəl nəzərdə tutulan vaxt, yəni oktyabr ayı Azərbaycan üçün taleyüklü hadisələrlə zəngin olacaq. Bu ilin may ayından başlayaraq respublikamızda bir sıra  yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Məsələn,  ümummilli lider Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə mərasimləri, Beynəlxalq Humanitar Forumunu qeyd etmək olar. Əlbəttə, belə halda, yəni möhtəşəm tədbirlərin sıxlığı şəraitində prezident seçkilərinin oktyabr ayında reallaşdırılması, təkrar edirəm, o qədər də səmərəli olmazdı.   

Bu il aprel ayının 11-nə təyin olunan prezident seçkilərinin uğurla reallaşacağına tam əminəm. Bu əminliyi isə məndə Azərbaycanda beynəlxalq səviyyədə yaradılan və fəaliyyəti Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun qurulan seçki institutları yaradıb. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri zamanı dəfələrlə bunun şahidi olmuşuq. Azərbaycanda ötən illərdəki seçkilərin yüksək səviyyədə keçirilməsi  beynəlxalq müşahidəçilər tərəfindən də  yüksək qiymətləndirilib.

Bəli, bu gün Azərbaycanda reallaşdırılan siyasət milli maraqlara söykənir, milli maraqlar isə hakimiyyət üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır. Cənab  Prezident də bununla bağlı deyib: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir”.

Söhbəti hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında