Millət vəkili: İlham Əliyevin dövlət başçısı kimi uğurlu fəaliyyəti onun yenidən Prezident seçilməsinə şərait yaradır

 “Prezident İlham Əliyev Konstitusiyada dövlət başçısına verilmiş hüququndan istifadə edərək Azərbaycanda növbədənkənar prezident seçkilərini elan etdi. Azərbaycan Prezidentinin belə bir səlahiyyəti var və bundan irəli gələrək növbədənkənar prezident seçkiləri təyin edilə bilər”. Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, prezident seçkilərinin apreldə, yaxud da əvvəldən nəzərdə tutulduğu kimi, oktyabrda keçirilməsi arasında elə
bir ciddi fərq yoxdur.

Millət vəkilinin sözlərinə görə, hazırkı dövlət başçısı İlham Əiyevin bu seçkilərdə də digər namizədlərdən daha çox səs toplayaraq növbəti dəfə Prezident olacağı gözlənilir:

“Yeni Azərbaycan Partiyası qeyri-rəsmi şəkildə də olsa, artıq çoxdan növbəti prezident seçkiləri ilə bağlı öz namizədini elan edib. Bu namizəd partiyanın sədri, dövlət başçısı cənab İlham Əliyevdir. Bu gün ən real görünən də onun elə birinci turdaca səs çoxluğu ilə yenidən prezident seçilmə şansıdır. Təbii ki, digər namizədlər də olacaq, bununla belə, İlham Əliyevin dövlət başçısı və siyasi xadim kimi uğurlu fəaliyyəti bu gün onun çox böyük elektoratının yaranmasına və seçkilərdə böyük səs faizi ilə yenidən prezident seçilməsinə şərait yaradır”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında