Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının kifayət qədər seçki təcrübəsi var

Növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycan Prezidentinin səlahiyyətinə aid olan məsələdir. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov açıqlama verib.

S.Novruzov bildirib ki, 2016-cı il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləndə Prezidentə növbədənkənar prezident seçkiləri elan etmək hüququ verildi və xalq da yekdilliklə bu məsələyə səs verdi:

“Bu məsələ, həmçinin Seçki Məcəlləsində öz əksini tapıb. Bu baxımdan da növbədənkənar prezident seçkilərinin keçirilməsi dövlət başçısının səlahiyyətinə aid olan məsələdir. Prezident nə vaxt zəruri hesab edirsə, o zaman da belə bir qərar qəbul edir. İndi də cənab Prezident zəruri hesab etdi ki, bu il prezident seçkiləri oktyabrda deyil, aprelin 11-də keçirilsin və bununla bağlı sərəncam imzaladı”.

S.Novruzov vurğulayıb ki, YAP adətən seçkilərə hazırlığa bir il qabaqcadan başlayır və kifayət qədər seçki təcrübəsi var: “Yeni Azərbaycan Partiyası bu gün də seçkilərə tam hazırdır və namizədini irəli sürüb qələbə əldə edə bilər”.

YAP icra katibinin müavini deyib ki, Azərbaycanda azad, ədalətli, demokratik və şəffaf seçkilər keçirilməsi üçün əlverişli mühit var, qanunlar buna imkan verir və kim istəyirsə, namizədliyini irəli sürə bilər.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında