İman Nağıyev: Hakimliyə namizəd 125 nəfər üçün tədris mərhələsindən sonra yazılı imtahan keçirilib

Bu gün hakimliyə namizədlər üçün tədris mərhələsindən sonra növbəti yazılı imtahan keçirilib. Bu imtahanda 125 nəfər hakimliyə namizəd iştirak edib.

Bu sözləri Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev fevralın 3-də jurnalistlərə müsahibəsində deyib.

İman Nağıyev bildirib ki, ilkin olaraq hakimliyə namizədlərdən 800-dən çox hüquqşünas test imtahanında iştirak edib. Onlardan birinci mərhələdə 359 nəfər uğur qazanıb. İmtahanda müvəffəqiyyət qazanmış həmin hakimliyə namizədlərlə yazılı imtahan təşkil olunub. Yazılı imtahanın nəticəsinə görə 176 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıblar. Sonrakı növbəti - şifahi imtahanın nəticəsinə görə isə uğur qazanmış 125 nəfər uzunmüddətli tədris kurslarına göndərilib. Həmin 125 nəfər hakimliyə namizədlərin peşə hazırlığının yoxlanılması məqsədi ilə tədrisin nəticələri üzrə yazılı imtahan keçirilib.

Hazırkı imtahan qaydalarına görə, namizədlərə kazus xarakterli suallar təqdim olunub. Suallar mülki və cinayət hüququ sahəsinə aiddir. Dörd saat müddətində hakimliyə namizədlər həmin suallar üzrə məhkəmə qərarlarını tərtib ediblər. Sonra bu nəticələr “ikiqat” yoxlama üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanılıb. İmtahanda 60 və ya daha çox bal toplamış namizədlər uğur qazanmış hesab olunacaq və növbəti mərhələyə buraxılacaqlar. 

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında