M.Canelidze: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

“Türkiyə və Azərbaycan Gürcüstan üçün çox vacib ölkələrdir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze yerli İctimai televiziya kanalında yayımlanan “Həftənin müsahibəsi” verilişində deyib. 

O bildirib ki, hər iki ölkə Gürcüstanın strateji tərəfdaşıdır: “Biz regional və çox əhəmiyyətli layihələr həyata keçiririk və əməkdaşlığımız yalnız üç ölkəni deyil, bütün region və Avropanı əhatə edir”.

M.Canelidze Gürcüstanın Azərbaycanla çoxtərəfli formatda əməkdaşlıq etdiyini vurğulayıb: “Biz “Şərq tərəfdaşlığı” proqramında iştirak edirik və demokratik institutlar və Avropa ilə münasibətlər üzrə çalışırıq”.

XİN başçısı qeyd edib ki, Gürcüstan qonşu, dost və tərəfdaş ölkələrdəki daxili siyasi proseslərin qiymətləndirilməsində iştirak etməli deyil.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında