“Möhtərəm Prezidentimizin Qarabağla bağlı qətiyyətli mövqeyini bütün veteranlar ürəkdən alqışlayırlar”

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin giriş və yekun nitqlərində ölkəmizin ictimai-siyasi həyatının, demək olar ki, bütün sahələrində əldə olunan uğurlar barədə səslənən fikir və mülahizələr, tövsiyələr əhalinin ən müxtəlif təbəqələri arasında dərin razılıq hissi ilə qarşılanıb. “Qarabağ əlilləri və veteranları cəmiyyəti” ictimai birliyinin sədri, Qarabağ müharibəsi əlili Növrəstə Yusifova bu barədə danışarkən dedi:

– Azərbaycan dövlətinin başçısı, möhtərəm Prezidentimiz konfransda ölkəmizdə son illər görülən işləri, qarşıda duran vəzifələri dərin təhlil edərək öz müdrik tapşırıq və tövsiyələrini verdi. Bu uğurlar, təbii ki, hər birimizi çox sevindirir. Əslində, hər şey göz qabağındadır. Son illər paytaxt Bakını həqiqətən tanımaq olmur. Böyük bir şəhər qısa zaman kəsiyində yeni, gözəl bir libas geyinib! Buna necə sevinməmək olar?!

Mən tez-tez bölgələrə gedirəm. Bölgələrimizi də indi tanımaq olmur. Kəndlərimiz, rayon mərkəzlərimiz həqiqətən çox dəyişib. Hər yerdə yeni yollar, parklar salınıb. Əhalinin məişət qayğıları uğurla həll olunur. Bütün bu işlər Azərbaycan dövlətinin lideri, cənab İlham Əliyevin yüksək səriştəli rəhbərliyi ilə həyata keçirilir.

Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq. Dahi siyasətçinin arzusu bu gün gözlərimizin önündə çin olur. Prezident İlham Əliyevin konfransda vurğuladı ki, qarşıda yeni, daha böyük vəzifələr durur. Yeni layihələrin də uğurla həyata keçiriləcəyinə zərrə qədər də şübhə etmirəm.

Məni ən çox sevindirən odur ki, möhtərəm Prezidentimiz hər bir bir mühüm tədbirdəki nitq və çıxışlarında olduğu kimi, bu dəfə də Qarabağ probleminin həlli ilə bağlı öz qətiyyətli mövqeyini bəyan etdi. Bildirdi ki, Azərbaycanın bir qarış torpağı belə işğalçıların tapdağı altında qalmayacaq. Aprel döyüşləri ordumuzun gücünü, yenilməz ruhunu parlaq şəkildə göstərdi. Qoy, düşmən bunu unutmasın!

Mən Qarabağ müharibəsinin ən ağır döyüşlərində iştirak etmişəm. Müharibə əliliyəm. Bu günlərdə tez-tez döyüşçü dostlarımla görüşürəm. Tam səmimi deyirəm: Bütün veteranlar möhtərəm Prezidentimizin Qarabağla bağlı qətiyyətli mövqeyini ürəkdən alqışlayırlar. Biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda Böyük Qələbəmizə bütün varlığımızla inanırııq. Məhz bu inam bizi daha güclü və qətiyyətli edir. 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında