Mirhəsən Seyidov: Azərbaycan dövlətinin gənclər siyasəti bir çox ölkələrə nümunədir

          1997-ci il fevralın 2-də ulu öndər Heydər Əliyevin  imzaladığı fərmana əsasən hər il fevralın 2-də Azərbaycanda Gənclər Günü elan edilib. Gənclər Günü MDB məkanında, həmçinin, Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis edildi və bu gün hər il təntənəli şəkildə qeyd edilir.  Bu barədə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov öz fikirlərini bildirib:

         –2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, Azərbaycanda gənclər hərəkatının geniş vüsət alması, dövlət tərəfindən qayğı ilə təmin olunmasına başlanılan dövrə təsadüf edir.  Bunun nəticəsi olaraq, Azərbaycanda bir sıra gənclər proqramları qəbul edilərək müvəffəqiyyətlə icra olunub. Təsadüfi deyildir ki, bu gün Azərbaycan dövlətinin gənclər siyasəti bir çox ölkələrə nümunədir.

          Bu gün ölkəmizdə gənclər əhalinin böyük hissəsini təşkil edir. Azərbaycan gəncləri bütün sahələrdə inkişaf dinamikasını yaşayır. Müharibə şəraitində belə gənclərimizin mənəvi ruh yüksəkliyi özünü göstərir. 2016-cı ilin  tarixi Aprel döyüşləri zamanı gəncliyimizin nə dərəcədə vətənpərvər olduğunun da şahidinə çevrildik və bundan qürur duyduq. Cəbhədə düşmənə ağır zərbələr vuran qüvvələrimiz  əsasən gənclərimiz idi. Ölkə Prezidentinin dediyi kimi, təhlükəsizlik məsələlərində biz yalnız gənc nəslə güvənirik. Bu gün sərhədlərimizin keşiyində dayanan, erməni təcavüzkarları ilə üzbəüz, səngərdə dayanan gənclərimiz bütün sahələrdə olduğu kimi, təhlükəsizlik, müdafiə məsələlərində də ölkəmizin etibarlı əllərdə olmasını göstərirlər. 

          Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir. Gənclərlə bağlı dövlət siyasətimiz də özünün mükəmməlliyi ilə seçilir. Gənclərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi bu sahəylə bağlı dövlət proqramlarının icrasını da göstərmək olar. Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşısına bir çox məqsədlər qoyub. Dövlət proqramı bundan öncəki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanıb.

Bundan əlavə, Azərbaycan dövlətinin gənclər siyasətində idman da əsas prioritetlərdən sayılır. Burada əsas məqsəd sağlam gəncliyin yetişməsidir. Qeyd edim ki, bizim bu sahədə də xeyli uğurlarımız, nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur.

Bu gün Azərbaycanın inkişafı gəncliyin önündə böyük qapılar, yollar açıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanaraq, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmaqdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclər Gününüz mübarək əziz gənclər!

 

 

                                                                                      Hazırladı:

Anar TURAN,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında