Güclü iqtisadiyyat qüdrətli ordu deməkdir

Bugünlərdə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin dərin məzmunlu nitqi ölkə ictimaiyyəti arasında, o cümlədən vətəndaş cəmiyyəti fəallarında dərin məmnunluq doğurub. “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun rəhbəri, Qarabağ və Əfqanıstan müharibələri veteranı Sərraf Orucov bu barədə danışarkən dedi:

– Möhtərəm dövlət başçımızın konfransdakı nitqini televiziya ilə böyük maraqla dinlədim. Səhərisi gün rəsmi qəzetlərin səhifələrində konfransın materiallarını diqqətlə nəzərdən keçirdim. Cənab Prezidentimizin uğurlu daxili və xarici siyasətinin nəticələri qəlbimi riqqətə gətirdi.

Görünən budur ki, müstəqil Azərbaycan dövləti hazırda güclü inkişaf və tərəqqi yolundadır. Belə ki, son illər ölkə həyatının bütün sahələrində heyrətamiz uğurlar əldə olunub. Fikrimcə, bu, ilk növbədə, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin, düzgün idarəçiliyin, xalq – dövlət birliyinin bəhrəsidir.

Müasir Azərbaycan dövlətinin siyasətinin məğzini xalqımızın, dövlətimizin maraqlarına xidmət etmək təşkil edir. Bu müdrik siyasətin etibarlı bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev çağdaş dövrün reallıqlarını, çağırışlarını yaradıcı şəkildə, böyük səriştə və məharətlə nəzərə alaraq, bu siyasi xətti uğurla davam etdirir.  

Məni ən çox sevindirən odur ki, ölkəmizin  iqtisadiyyatı yüksəldikcə, milli ordumuz daha da güclənur. Deməli, Qarabağda böyük Qələbəmiz də yaxınlaşır. Mən Əfqanıstan və Qarabağ müharibələrində iştirak etmişəm. Bütün qəlbimlə inanıram ki, Azərbaycanın bir qarış torpağı da düşmən tapdağı altında
qalmayacaq. 

Mənim kimi minlərlə Qarabağ qazisinə bu inamı, qətiyyəti bəxş edən Ali Baş Komandan cənab İlham Əliyevdir. Təsadüfi deyil ki, dövlətimizin başçısı nitqində bir daha Qarabağ mövzusuna toxundu. Möhtərəm Prezidentimiz təcavüzkar Ermənistan dövlətinin başçılarına açıq, birmənalı mesaj göndərdi. Dedi ki, biz Cocuq Mərcanlının və Şıxarxın timsalında dövlətimizin, xalqımızın iradəsini göstərdik. Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

İnşallah, belə də olacaq! Azərbaycan xalqı, Milli Ordunun əsgər və zabitləri Ali Baş Komandanın əmrinə müntəzirdilər.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında