Ölkədə sosial infrastrukturla bağlı məqsədyönlü işlər görülür

Yanvarın 29-da  keçirilən  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ötən illər ərzində qazanılan uğurlar barəsində ətraflı məlumat verən Prezident İlham Əliyev  planlaşdırılan bütün vəzifələrin artıqlaması ilə icra edildiyini bildirdi. Dövlətimizin başçısı sosial infrastrukturla bağlı da əhəmiyyətli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ötən illərdə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərə münasibət bildirərək dedi:

–Regionların  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının  uğurlu icrası digər sahələrdə olduğu kimi, sosial sahənin inkişafında da əsaslı dönüş yaratmışdır. Dövlətimizin başçısı bütün tədbirlərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində daha çox işlərin görülməsinin, sosial infrastruktur layihələrin reallaşdırılması üçün bütün imkanlardan səmərəli istifadə olunmasının zəruriliyini bildirir. Bu tapşırıq və tövsiyələr artıq öz bəhrəsini verir.  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda möhtərəm Prezidentimizin nitqində səsləndirilən faktlar da bunu təsdiqlədi.  Son on dörd  il ərzində maaşların beş dəfədən çox, pensiyaların isə səkkiz dəfədən çox artması, bunlarla yanaşı, bir çox önəmli sosial layihələrin icra edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi  dövlətin bu məsələləri diqqət mərkəzində saxlamasının nəticəsidir.

Dövlətimizin  başçısı öz nitqində sosial infrastrukturla bağlı böyük işlər görüldüyünü vurğulayaraq, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikildiyini, yaxud təmir edildiyini, 43 Olimpiya İdman Kompleksinin inşa olunduğunu  diqqətə çatdırdı.  Təbii ki, bu layihələrin həyata vəsiqə alması  böyük vəsait tələb edir. Bu xeyirxah və humanist tədbirlər bu il də davam etdiriləcək.

Əhalinin sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılan sahələrdəndir. Keçən il 5 milyondan çox vətəndaşın pulsuz tibbi müayinədən keçirilməsi bunu bir daha təsdiqləyir. Əhalinin pulsuz tibbi müayinədən keçirilməsi dünya praktikasında yeganə hadisədir. Bu təcrübə yalnız bizim ölkəmizdədir. Dövlətimizin başçısının tapşırığına əsasən, bu xeyirxah missiya davam etdiriləcək. Bölgələrdə beynəlxalq standartlara cavab verən səhiyyə müəssisələrinin yaradılması, keyfiyyətli tibbi xidmət almaq üçün xəstəxanaların müasir avadanlıqla təmin olunması insanların sağlamlığının qorunmasına əlverişli şərait yaradıb. Bütün bunlar bir daha təsdiqləyir ki, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi, sağlamlığının qorunması dövlət siyasətinin prioritetini təşkil edir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında