Fatma Hüseynova: Möhtərəm Prezidentimizin ölkədə pambıqçılığın məhsuldarlığının artırılması ilə bağlı fikirləri təqdirəlayiqdir

Bəlli olduğu kimi, bu il yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə geniş giriş və yekun nitqləri söyləyib.

Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı sahəsində əldə olunan uğurlar, eləcə də qarşıda duran mühüm vəzifələr barədə çox dəyərli fikir və mülahizələri ölkəmizin geniş ictimaiyyəti, o cümlədən kənd zəhmətkeşləri  arasında dərin razılıq və maraq hissləri doğurub. Bu barədə söz düşərkən, Sabirabad rayonundan olan adlı-sanlı pambıqçılıq fermeri, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova bunları dedi: 

– Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı möhtərəm Prezidentin konfransda səsləndirdiyi çox dəyərli fikirlərin hər biri ilə tamamilə şərikəm. Məni xüsusilə sevindirən odur ki, son illər ölkəmizdə dövlət başçımızın təşəbbüsü və göstərişi ilə pambıqçılığın inkişafına “yaşıl işıq” yandırılıb.

Yəqin ki, çoxları xatırlayır. Uzun illər “ağ qızıl” Mil, Muğan, Qarabağ torpağına, bu yerlərin fədakar əmək adamlarına şöhrət, xeyir-bərəkət gətirib. Bu gün də pambıq bitkisi onu əkib-becərən fermerlərə, bu sahədə çalışan ailələrə ruzi-bərəkət bəxş edir. Sirr deyil ki, kənd adamları indi böyük həvəslə bu sahədə çalışırlar. Ötən il sentyabrın 17-də mənim həyatımda olduqca əlamətdar hadisə baş verib. Belə ki, möhtərəm Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri zamanı bizim tarla düşərgəmizdə  olub. Bizimlə səmimi söhbət etdi. Mən dövlətimizin başçısına vaxtilə ulu öndər Heydər Əliyevin biz pambıqçılara göstərdiyi böyük qayğı və diqqət barədə söhbət açdım. Möhtərəm Prezident çox razı qaldı. Bu unudulmaz anları bütün ömrüm boyu unutmayacağam.   

Bir məqamı da vurğulamaq istəyirəm. Dövlətimizn başçısı konfransda haqlı olaraq dedi ki, ötən il 207 min ton pambıq tədarük edilməsinə baxmayaraq, ancaq ölkə üzrə məhsuldarlıq lazımi səviyyədə deyil. Bu, çox haqlı iraddır. Düşünürəm ki, bu istiqamətdə hər birimiz ciddi düşünməliyik. Elə etməliyik ki, pambıq tarlalarının məhsuldarlığı hər yerdə artsın. Bu yolla fermerlərin həm xərcləri azalar, həm də qazancları artar.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”  

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında