Dövlət proqramının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə yeniləşir

Yanvarın 29-da keçirilmiş, “Azərbaycan Respubilkası regionlarının 2014-2018- ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlara həsr olunan konfrans ölkəmizin uğurlu və sürətli inkişafından xəbər verir. Regionların sosilal-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə yeniləşir. Yeni yol zolaqları çəkilir, kənd yolları asfaltaşdırılır.

Cənab Prezidentin vurğuladığı kimi, avtomobil yollarının tikintisi həm iqtisadi, həm də sosial sahədir. Yollar yaxşı olmasa nə turizm, nə də sənayenin inkişafından – bir sözlə bölgələrin inkişafından söhbət gedə bilməz. Ölkədə bu sahədə geniş işlər görülüb və davam etdirilir. Buna əyanı sübutdur ki, son 14 ildə 12 min 330 kilometr yol çəkilmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi, dəmir yolunda son iki ildə aparılmış uğurlu islahatlar və yenidənqurma işləri həm turizm, həm vətəndaşlarımız, həm də iqtisadiyyatımız üçün önəmli səhifələr açır.

Regionlarda yaşayış məntəqələri içməli su ilə demək olar ki, təmin olunmuşdur və bu işlər davam etdirilir. Həmçinin rayonların ucqar kəndləri belə qazlaşdırılmış, rabitə sistemi yüksək səviyyədə qurulmuş, bir sözlə, şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır. Bu illər ərzində regionlarda ən müasir tələblərə cavab verən yeni iş yerləri açılmışdır. Qarşıya qoyulan məqsədlərə qısa zamanda nail olmaq üçün qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi və strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilmişdir. Bu isə öz növbəsində əhalinin məşğulluq səviyyəsinin artmasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə köklü iqtisadi islahatlar icra olunmuşdur. Bölgələrdə infrastruktur layihələri həyata keçirilmişdir. Bu layihələr həm ölkəmizin inkişafına təkan vermiş, həm də cənab Prezidentin bildirdiyi kimi, nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirmişdir.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş proqramların uğurla həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.

Ölkə başçısının həyata keçirdiyi iqtisadi islahatlar və məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsində böyük rol oynayır. Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlara həsr olunan konfrans da onu gösərir ki, bu proqramın icrası regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirmişdir.

Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında