Hikmət Hacıyev: Ermənistan xarici işlər nazirinin çıxışı riyakarlıq və saxta emosiyadan başqa bir şey deyil

Ermənistan xarici işlər nazirinin bir-birini təkrarlayan açıqlamalarına xüsusi şərh verməyə lüzum görmürük. Onun beynəlxalq ictimaiyyəti, yoxsa erməni xalqını aldatmağa cəhd göstərdiyini başa düşmək çox çətindir. Məsələlərin dərin mahiyyətinə bələd olan şəxslər bilirlər ki, onun dedikləri reallıqdan tamamilə kənardır. Ermənistan xarici işlər nazirinin çıxışı riyakarlıq və saxta emosiyadan başqa bir şey deyil.

bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-in sorğusuna cavab olaraq bildirib.

Nazirliyin sözçüsü qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması məsələsi bilavasitə substantiv və məntiqi danışıqlardan asılı köməkçi vasitədir. Krakovda münaqişənin həlli ilə əlaqədar çox məntiqli danışıqlar aparılıb. Bu kimi çıxışları gördükdə Ermənistanın nəyə görə mövcud siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olduğunu anlamaq çox asandır. Erməni xalqı özü kimlərin ölkə rəhbərliyində olduğunu görüb nəticə çıxarmalıdır.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında