Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı prioritet istiqamət kimi daim diqqət mərkəzindədir

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans bir daha göstərdi ki, sözügedən proqramın uğurla icra olunması bölgələrimizin iqtisadi potensialının artmasına, infrastruktur tәminatının, kommunal xidmәtlәrin keyfiyyәtinin daha da yüksәlmәsinә, biznes vә investisiya mühitinin, әhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərir, bununla da ölkәnin strateji inkişaf hәdәflәrinә, müәyyәn edilən mәqsәdlәrә çatmasına әhәmiyyәtli töhfә verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev proqramın tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları qarşısında qoyduğu mühüm vəzifələr yüksək səviyyədə reallaşdırılıb. Başqa sözlə, həmin dövlәt proqramı çәrçivәsindә görülәn işlәr, hәyata keçirilәn layihәlәr, әldә edilәn uğurlu nәticәlәr yaddaqalan olub. Dövlət başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət edilib. Məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin təşkili, hər bir rayonda sənaye zonasının, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin yaradılması, aqroparkların tikintisi prosesinin davam etdirilməsi və s. tapşırıqların yerinə yetirilməsi diqqət mərkəzində saxlanılıb.

Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionlar sürətlə müasirləşib, quruculuq-abadlıq işləri geniş vüsət alıb, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb.

Regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi əhəmiyyət verilib. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlara göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib.

Sahibkarlıqdan danışarkən, bir məqamı da xatırladım. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası sayəsində ötən il sahibkarlığın inkişafına da mühüm önəm verilib. Bu sahəyə dövlət dəstəyi davam etdirilib, güzəştli kreditlər hesabına investisiya layihələri maliyyələşdirilib və kiçik sahibkarlığın daha da inkişafı üçün müvafiq tədbirlər görülüb.

Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən, prosedurların sadələşdirilməsi, əsassız yoxlamaların qarşısının alınması sayəsində ötən il sahibkarlıq subyektlərinin əhatə dairəsi genişlənib. Bu il yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 minə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların 29,6 faizi Bakıda, 20,9 faizi Aran, 14 faizi Gəncə-Qazax və 10, 1 faizi Lənkəran iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizini isə qadınlar təşkil edib.

Sözügedən müsbət dinamika bazar iqtisadiyyatı sisteminin formalaşdırılması, özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb yuxarıda xatırlatdığımız kimi, qanunveriçilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması, iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin səmərəli artımına gətirib çıxarıb.

Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında