Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsinə dair müqavilə gələn ay imzalanacaq

İran və Azərbaycan tərəfi Rəşt-Astara dəmir yolu layihəsini birgə maliyyələşdirmək üçün müqaviləni gələn ay imzalayacaq. Bunu İranın Dəmir Yolları İdarəsinin nəqliyyat, proqramlaşdırma və iqtisadi məsələlər üzrə rəis müavini Nurullah Biravənd APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında deyib.

N.Biravənd bildirib ki, Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi haqqında razılıq əldə olunub və bu layihənin maliyyələşdirilməsinə dair sənəd fevral ayında imzalanacaq: “Bu müqavilə orta müddətli fəaliyyət planlaşdırmasını əhatə edəcək. Azərbaycan Respublikası bu layihəni maliyyələşdirəcək və əlbəttə, Rəşt-Astara layihəsinin sonrakı xərcləri İranın üzərindədir”.

N.Biravənd deyib ki, Rəşt-Astara dəmir yolu layihəsi Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi və eləcə də Cənub-Qərb nəqliyyat dəhlizi üçün önəmlidir: “Müqavilə imzalandıqdan sonra tender keçiriləcək və ticari müqavilə imzalanacaq. 2-3 ay sonra isə layihənin icrasına başlanacaq”.

O, Astara-Astara dəmir yolu layihəsi ilə bağlı da məlumat verib: "Astara-Astara layihəsi ayrıca bir layihədir. Bu layihə üçün də maliyyələşdirmə və icra müstəqil şəkildə davam etdirilir. Astara-Astara layihəsində Azərbaycan Astara stansiyasına birbaşa investisiya yatırıb və bütün məsuliyyət də Azərbaycan tərəfinin üzərindədir”.

N.Biravənd əlavə edib ki, İran Astara-Astara layihəsi çərçivəsində 15 il müddətinə istifadə icazəsini Azərbaycan tərəfinə verib: "Azərbaycan tərəfi İranın dəmir yolu yük daşımaları şəbəkəsi ilə il ərzində 2 milyon ton yükü həyata keçirməklə bağlı öhdəlik götürüb. Astara-Astara dəmir yolu xətti açılış üçün hazırdır. İndi Azərbaycan tərəfinin koordinasiya işlərini yekunlaşdırmasını gözləyirik. Düşünürəm ki, yaxın 2-3 həftə ərzində bu dəmir yolu üzrə ilk qatar hərəkət edəcək".

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında