Fərəc Quliyev: Azərbaycan iqtisadiyyatında nümunəvi modern yanaşma dünyanın diqqət mərkəzindədir

Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. İnklüziv inkişaf indeksi ümumi daxili məhsulun alternativi olaraq işlənib hazırlanmış və insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha çox əks etdirir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatı tərəfindən ölkəmizin inkişafının yüksək dəyərləndirilməsi düzgün müəyyənləşdirilmiş strategiyanın məntiqi nəticəsdir.

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bizimlə söhbət zamanı respublikamızın iqtisadi tərəqqisinə verilən belə yüksək qiyməti həyata keçirilən siyasi kursun uğuru kimi dəyərləndirdi. Bildirdi ki, dünyada qlobal böhranlar tüğyan etsə də, Azərbaycan iqtisadiyyatında bir modern yanaşma olub və bu, hazırda nümunəvi xarakter alıb: “Cənab Prezidentin təsdiqlədiyi Strateji Yol Xəritəsinə uyğun olaraq, siyasi, iqtisadi və mədəni sahələrdə yenilənmə modernləşmə diqqəti cəlb edir. Son iki ildə qeyri-neft sektorundakı sürətli inkişafı fakt kimi göstərə bilərik. Artıq iqtisadiyyatımızın müsbət saldosunun əhəmiyyətli hissəsini qeyri-neft sektorununn məhsulları təşkil edir”.

Deputat vurğuladı ki, Azərbaycanda neftdən tam qurtulan bir büdcə hədəfi qoyulduğunun şahidiyik. Həyata keçirilən tədbirlər, iri infrastruktur layihələrin gercəkləşdirilməsi onu göstərir ki, yaxın zamanlarda daha yüksək nailiyyətlərə nail olacağıq. Onun qənaətinə görə, ölkəmizin qlobal böhranın nəticələrini asanlıqla sovuşdura bilməsi də düzgün müəyyənləşdirilmiş siyasi kursun göstəricisidir: “Artıq Azərbaycan yeni sahələrdə iqtisadiyyatını inkişaf etdirməyə başlayıb. Bu da, ilk növbədə, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir və biz bu ruh yüksəkliyini gündəlik həyatımızda hiss edirik. Bütün bunlar dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının diqqətindən yayınmır. Bu sahələri təhlil edən beynəlxalq təşkilatlar, o çümlədən Dünya İqtisadi Forumu haqlı olaraq Azərbaycanın adını dünyanın  inkişaf etmiş dövlətləri sırasına qoşur. Son illər mötəbər qurumların açıqladığı illik hesabatlarda biz ölkəmizin adının liderlər sırasında çəkildiyinin tez-tez şahidi oluruq. Mən bütün bunları təbii, obyektiv yanaşma və Azərbaycanın uğurlu xarici siyasəti kimi dəyərləndirirəm”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında