Tahir Rzayev: Azərbaycanın inklüziv inkişaf indeksində liderlər sırasına çıxması səriştəli idarəçiliyin nəticəsidir

Mətbuatdan məlum olduğu kimi, Azərbayan 2018-ci ildə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yerə çıxıb. Bu xəbər ölkə ictimaiyyəti, ziyalılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Milli Məclisin deputatı Tahir Rzayev bu barədə əməkdaşımıza   demişdir:

– Mən bu xəbərlə tanış olanda, təbii ki, çox sevindim. Dünya İqtisadi Forumu kimi nüfuzlu beynəlxalq təşkilatın ölkəmizin iqtisadi inkişafını yüksək qiymətləndirməsi qürurverici haldır. 

Məlumat üçün bildirim ki, inklüziv inkişaf indeksi, əsasən, dünyanın ayrı-ayrı ölkələrində ümumdaxili məhsulun çeşidli mənbələr hesabına artırılması, təbii və maliyyə resurslarının səmərəli idarə edilməsi, əhalinin müxtəlif  təbəqələri arasında sosial bərabərliyin gücləndirilməsi və sair mühüm amillər  nəzərə alınaraq müəyyən olunur. Düşünürəm ki, son illər Azərbaycanda dövlət və özəl sektor arasında əməkdaşlığın genişlənməsi də qiymətləndirmə zamanı nəzərə alınıb.

Hesab edirəm ki, bütün bu uğurlar, ilk növbədə, möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün idarəçiliyi, ölkəmizdə xalq – iqtidar birliyinin daha da güclənməsi nəticəsində əldə olunub. Reallıq budur ki, bu gün regionun lider dövləti olan müstəqil Azərbaycan bütün sahələrdə davamlı olaraq inkişaf və tərəqqi edir. Əminəm ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə qarşıdakı illərdə ölkəmizin uğurları daha da artacaq. 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında