Dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər məktəb binası tikilmir

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin parlaq nitqi ölkə ictimaiyyəti, ziyalılar arasında dərin razılıq hissi doğurub. Bu barədə söz düşəndə “Ailələrə dəstək” ictimai birliyinin sədri, respublikanın Əməkdar müəllimi Esmira Rəhimova bunları dedi:

– Mən möhtərəm dövlət başçımızın dərin məzmunlu, parlaq nitqi ilə mətbuat səhifələrində böyük maraqla tanış oldum. Müstəqil dövlətimizin əvvəlki illərdə olduğu kimi, son bir ildə də əldə etdiyi heyrətamiz uğurlara görə dərin qürur hissi keçirdim.

Mən bu yaxınlarda 90 yaşını qeyd edəcək Dövlət Dəmir Yolu liseyində metodist müəllim vəzifəsində çalışıram. İctimai fəaliyyətlə də məşğulam. Qeyri-hökumət təşkilatının rəhbəriyəm. Bu gün Azərbaycanda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində görülən geniş həcmli işlərə heyran qalmamaq mümkün deyil. Dövlət başçımız iclasda demişdir: “Bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. Bununla da Bakı şəhərində təmirsiz məktəb qalmamalıdır. Biz bu proqramı da başa çatdırmalıyıq”.

Etiraf edək ki, dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər məktəb binası tikilmir. O xalq ki, elmə, təhsilə önəm verir, əlbəttə, o millət, o dövlət irəli gedir, inkişaf edir. Xoşbəxtlikdən, Azərbaycan dövləti, xalqımızın müdrik lideri, Prezident İlham Əliyev milli təhsilimizin inkişafına olduqca böyük qayğı ilə yanaşır. Buna görə də möhtərəm Prezidentimə təhsil işçiləri və öz adımdan dərin minnətdarlığımı bildirirəm. 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında