Regionlarda innovativ texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda aqrar sektorun inkişafına böyük önəm verilib. İlk torpaq islahatı həyata keçirilib, bu sektora dövlət dəstəyinin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində yeni forma və metodların istifadə olunmasına başlanılıb.

Prezident İlham Əliyevin fəaliyyəti dövründə aqrar sektor özünün yeni dirçəliş mərhələsinə qədəm qoyub. Son illərdə isə kənd təsərrüfatında əldə edilən müsbət göstəricilər və dövlət dəstəyinin artırılması sayəsində aqrar sahənin siması formalaşıb. 

Ötən il dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiyaların ayrılması, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, istehsalın həcminin artırılması, potensialın gücləndirilməsi, institusional islahatların aparılması, yeni qurumların rayon şöbələrinin yaradılması, maddi-texniki bazaların yaxşılaşdırılması, elmi–tədqiqat institutlarının tamamilə yenidən qurulması və digər tədbirlərin həyata keçirilməsinin nəticəsində aqrar sektorda mühüm uğurlar əldə edilib. 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hesabat dövründə aqrar sektorun mövcud vəziyyəti barədə deyib: “Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın.

Keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilmişdir, bir neçə dövlət proqramı qəbul edilmişdir. Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. Misal üçün, 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıbdır. Yəni, biz iki il ərzində pambıq istehsalını demək olar ki, səkkiz dəfə artırmışıq və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır”.

Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində reallaşdırılan tədbirlər sırasında kənd təsərrüfatının mexanikləşməsi və elektronlaşması da mühüm önəm daşıyır. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fəaliyyət göstərir, bu sistem digər dövlət qurumlarının oxşar sistemlərinə inteqrasiya edilir.

2014-2017-ci illər ərzində kənd təsərrüfatının texnika parkı, demək olar ki,  yenilənib, dünyanın ən inkişaf etmiş ölkələrindən müasir texnikalar alınaraq ölkəmizə gətirilib. Hazırda isə ixracyönümlü sahələrin inkişafı ilə bağlı yeni texnikaların alınması işləri görülür, taxılçılıq və pambıqçılıq üzrə texnika parkı yenilənir.

Əli NURİYEV,
AMEA-nın müxbir üzvü, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında