Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır

Beynəlxalq aləm miqrant axını ilə üz-üzə qaldığı, iqtisadi böhran  burulğanında boğulduğu, ictimai-siyasi sabitliyin təmin olunmadığı və terror aktlarının  qarşısını almaqda aciz qaldığı bir vaxtda Azərbaycanda həyat öz axarınca davam edir, qeyri-neft sektorunun inkişafına, davamlı sabitliyə, iri infrastruktur layihələrin reallaşdırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və təhlükəsizliyinin təmin olunmasına görə inkişaf etmiş dövlətlərə nümunə göstərilir.

Mötəbər nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri də bu inkişafın təzahürüdür.

Bununla yanaşı, xalqımızı narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dövlət başçımızın uğurlu xarici siyasəti, bu istiqamətdə qətiyyətli addımların atılması, mövqeyimizin getdikcə möhkəmləndirilməsi və  işğalçı ölkənin danışıqlar masasına otuzdurulması  olkəmizin reytinqinin yüksəldilməsinə təsir edən amillərdəndir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı məlumat verən dövlətimizin başçısı dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artdığını diqqətə çatdırmış və buna baxmayaraq,  Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alsaq, ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir: “ Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin və uğurlu siyasətin təməlində xalq-iqtidar birliyi, xalqın dəstəyi dayanır”.

Dövlətimizin başçısı bütün tədbirlərdə olduğu kimi, bu dəfə də Dağlq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyini bir daha bəyan etmiş, bu ədalətli mövqeyin beynəlxalq birlikdə də dəstəkləndiyini demişdir. Dövlət başçısı bildirmişdir ki, Azərbaycanın  prinsipial mövqeyi ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan  mövqedir.

Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilmiş qanunsuz referendumun dünya ictimaiyyəti tərəfindən tanınmaması, həm qonşu, həm Avropa ölkələri, həm də Avropa İttifaqının,  həmçinin  nüfuzlu beynəlxalq təşkilatların  bu oyuncaq referendumu tanımamaları və bu barədə  bəyanatlar vermələri ölkəmizin mövqeyinin dəstəklənməsi deməkdir.  Bu bəyanatlar bir daha dünya birliyinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasındam xəbər verir.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında da  problemin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində  həllinin mümkünlüyünü  bəyan etmişdir: “Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur”.

Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı,
YAP Nizami rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında