2018-ci ildən daha böyük nailiyyətlər gözləyirik

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ili iqtisadi islahatlar ili kimi səciyyələndirib. Bildirilib ki, hesabat dövründə reallaşdırılan islahatlar sayəsində ölkəmizin makroiqtisadi göstəricilərində artım nəzərə çarpıb. Ən başlıcası isə valyuta ehtiyatları artıb və xarici ticarət dövriyyəmiz müsbət saldo ilə müşayiət olunub.

Onu da qeyd edim ki, ölkəmizin valyuta ehtiyatının 4,5 milyard dollar artması çox mühüm göstəricidir. 2015-2016-cı illərdə valyuta ehtiyatımızın azalması ilə bağlı ictimaiyyətdə narahatlıq var idisə, bu gün deyə bilərik ki, valyuta ehtiyatımız artım tendensiyası ilə müşahidə olunur. Bu da təsadüfi deyil. Çünki 2016-cı ildə Prezidentin sərəncamı ilə mükəmməl Strateji Yol Xəritəsi tərtib olundu. Strateji Yol Xəritəsinə uyğun olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində bütün potensialımız araşdırıldı və mükəmməl bir proqram ortaya qoyuldu. Bu proqramın icrası nəticəsində qeyd edilən nailiyyətlər qazanıldı. Ölkəmizə investisiya axını gücləndi. Cənab Prezident iclasda, həmçinin vurğulayıb ki, ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da onu göstərir ki, yerli və xarici investorlar respublikamıza vəsait qoymaqda maraqlıdırlar. Səbəb isə ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıqdır. Bu, xarici investorlar üçün mühüm amildir.

Dövlətimizin apardığı uğurlu iqtisadi siyasət, hökumətin bu siyasətin reallaşması istiqamətində gördüyü tədbirlər qlobal risklərin təsirlərini xeyli azaltmağa imkan verib. Dövlət başçısı dəfələrlə çıxışlarında vurğulayıb ki, ölkədə maliyyə sabitliyi hökm sürür, maliyyə resursları artır, daha irimiqyaslı layihələrin həyata keçirilməsi imkanları genişlənir. Əldə edilən bütün uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi islahatların məntiqi nəticəsidir.

Hesabat dövrünün naliyyətləri deməyə əsas verir ki, 2018-ci ildə də Azərbaycanın dinamik inkişafı davam edəcək, mühüm islahatlar həyata keçiriləcək. TANAP layihəsi işə düşəcək və Azərbaycanın təbii qazı Türkiyəyə və sonrakı illərdə isə Avropaya çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləyəcək. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da güclənəcək.

Aydın Hüseynov,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında