Uğurlarla yadda qalan il

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin son illər inkişafda olduğunu və yüksək nəticələr əldə etdiyini diqqətə çatdırdı. Eyni zamanda, hesabat dövründə respublikamızın həyatında bir sıra əlamətdar hadisələr baş verdiyini bildirdi.

Həmin hadisələr sırasında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini xüsusi vurğulamaq istərdim. Dövlətimizin başçısı sözügedən iclasda bu dəmir yolunun Azərbaycanla yanaşı, dünya üçün önəmli hadisəyə çevrildiyini diqqətə çatdırdı: “Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bilirsiniz ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində – cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur...”.

2017-ci ildə reallaşan digər bir diqqətəlayiq layihə isə “Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin 2050-ci ilə qədər uzadılması oldu. Bununla da Azərbaycanın dünya bazarında böyük enerji layihələrində etibarlı ortaq olması bir daha təsdiqləndi. Xatırladım ki, bu müqavilə nəticəsində BP-nin payı 35,8 faizdən 30,37 faizə düşərkən, SOCAR öz payını 11 faizdən 25 faizədək artırdı. Mənfəət neftinin 75 faizi isə Azərbaycan tərəfinə qalacaq.

Hesabat dövründə Azərbaycanda daha bir beynəlxalq tədbir – İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirilib. Ölkəmiz bütün müsəlman aləmini qəbul edərək öz qonaqpərvərliyini nümayiş etdirib. Eyni zamanda, bu tədbir İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində dövlətimizin siyasətini göstərən önəmli bir addım kimi diqqət çəkib.

Bütün bunlarla yanaşı, ötən il ölkəmizdə bir çox infrastruktur layihəsi həyata keçirilib. Elektrik təchizatı daha da yaxşılaşdırılıb, bölgələrdə sürətli qazlaşdırma işləri davam etdirilib, 1300 kilometr avtomobil yolu salınıb, 133 yeni məktəb tikilib, 177 mini daimi iş yeri olmaqla 221 min yeni iş yeri açılıb, yeni sənaye məhəllələri fəaliyyətə başlayıb.

Sonda demək istərdim ki, keçən il əldə edilən uğurlar yürüdülən müdrik siyasətin, mövcud sabitliyin məntiqi nəticəsidir.

Azərbaycanda sabitliyin mənbəyi isə xalqın iradəsi və eyni zamanda, ölkə başçısının apardığı uğurlu siyasətdir. Bu siyasət hər şeydən üstün tutulan milli maraqlara söykənir.

Elçin QULİYEV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında