2017-ci il tariximizə sürətli və uğurlu inkişaf ili kimi düşdü

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, 2017-ci il Azərbaycan üçün sürətli və uğurlu inkişaf ili olmuşdur. Siyasi və iqtisadi sabitlik hökm sürən ölkəmizdə istər iqtisadiyyatda, istərsə də ictimai-siyasi həyatın bütün sahələrində pozitiv dəyişikliklər baş vermişdir. Ən başlıcası isə 2017-ci ildə Azərbaycanda dərin iqtisadi islahatlar həyata keçirilmişdir.

Cənab Prezidentin qeyri-neft sektorunun inkişafına verdiyi böyük önəm, iqtisadiyyatın məqsədyönlü diversifikasiyası nəticəsində yola saldığımız ildə bu sahədə artım 2,5 faiz olmuşdur. Qeyri-neft sektorunun sənaye sahəsində bu artım 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz təşkil etmişdir. Şübhəsiz ki, dünyada hökm sürən indiki riskli şəraitdə belə göstəricilər çox sevindiricidir. 2017-ci ildə nəhəng iqtisadi layihə olan “Azəri-Çıraq-Günəşli” kontraktı imzalanmış, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmiş, bir sıra digər iqtisadi və sosialyönümlü layihələr həyata keçirilmişdir. Əlbəttə ki, bu layihələrin icrası böyük məsrəf tələb edir. Buna baxmayaraq, 2017-ci ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artıb və hazırda 42 milyard dollar təşkil edir.

 Ötən il 130 mindən çox yeni iş yerləri açılmış, işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz olmuşdur. Ölkədə sahibkarlıq fəaliyyəti geniş vüsət almış, xüsusilə kiçik və orta sahibkarlıq aparıcı qüvvəyə çevrilməkdədir.

 Ümumiyyətlə, Azərbaycan 2017-ci ildə hər sahədə irəliləyişə nail olmuşdur və bu, 2018-ci ilin uğurlu olması üçün möhkəm zəmin yaratmışdır.

2017-ci il deputat seçildiyim Lənkəran üçün də uğurlu olmuşdur. Rayon iqtisadiyyatında müsbət nəticələr qazanılmış, sosial sahədə böyük inkişaf baş vermişdir.

Rüfət Quliyev,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında