Adil Əliyev: Dövlət başçısı AXC irsinə ehtiramını növbəti dəfə sübut etdi

Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasını yüksək qiymətləndirib. Deputat redaksiyamıza açıqlamasında bu sərəncamı mühüm tarixi sənəd hesab etdiyini bildirib:

– Məlumdur ki, bu il cümhuriyyətimizin 100-cü ildönümü qeyd ediləcək. Cənab Prezidentin də qeyd etdiyi kimi, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Varisi olduğumuz Xalq Cümhuriyyəti müsəlman aləminə, hətta bütün Şərqə böyük nümunə idi. Nəinki Şərqdə, hətta Avropanın aparıcı ölkələrində belə qadınların səs vermək hüququ olmadığı bir vaxtda, bu hüquq AXC-də qanunla təsbit edildi. Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə “bir kərə yüksələn bayraq bir daha enməz” dedi və gələcək nəsillər bunu unutmadı. Həmin bayraq hələ SSRİ imperiyası dağılmazdan öncə Naxçıvanda rəsmiləşdirildi. Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə həm Moskva, həm də onun Bakıdakı tör-töküntüləri ilə mübarizə apararaq, hər iki istiqamətdən təzyiqlərə rəğmən, Xalq Cümhuriyətinin qaldırdığı milli bayrağı 70 il sonra yenidən Naxçıvanda ucaltdı.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il yaşadı və ölkəmiz bolşeviklər tərəfindən işğal olundu. Üstündən 70 il keçdikdən sonra Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Ancaq Xalq Cümhuriyyətinin obyektiv səbəblərdən uğradığı məğlubiyyətin bu dəfə Bakıdakı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində subyektiv səbəblərdən yenidən təkrarlanması ehtimalı var idi. Lakin ulu öndər Heydər Əliyev buna imkan vermədi. Xalq onu Bakıya dəvət etdi, Azərbaycanda sabitlik yaratdı, inkişafa imkanlar açıldı. Ulu öndərin davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də bu sabitliyə əsaslanaraq, ölkənin inkişafını daha da gücləndirdi.

Prezident İlham Əliyev 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda əldə olunan uğurlardan danışıb, məmləkətimizin potensialının artdığını konkret misallarla, rəqəmlərlə vurğulayıb. Qeyd edib ki, 2018-ci ilə daha böyük ümidlərlə daxil oluruq. Bu isə 100 illiyini qeyd edəcəyimiz Xalq Cümhuriyyətinin ənənələrinin Azərbaycanda yaşadığını və daha da inkişaf etdiyini göstərir. Xalq Cümhuriyyətini quran babalarımızın ənənəsi davam edir, məmləkətimiz etibarlı əllərdədir!

Ümumiyyətlə, ölkə Prezidenti cənab İlham Əliyev AXC irsinə yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısı “İstiqlal Bəyannaməsi” abidəsini ucaltdırıb. Cümhuriyyətin banilərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsi üçün müvafiq sərəncamlar verib. Bu sərəncamla da dövlət başçısı Cümhuriyyətimizin irsinə sadiqliyini növbəti dəfə sübut etdi.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında