Fazil MUSTAFA: Bu, çox böyük tarixi hadisədir

Prezident İlham Əliyevin  2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsini tarixi hadisə hesab edirəm. Təbii ki, hər birimiz buna xüsusi dəyər verməliyik.  Xatırladım ki, dövlət başçısı 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin  dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdı.  2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi və bu barədə sərəncam imzalanması  əvvəlki  sərəncamın məntiqi və siyasi davamı sayıla bilər.

Sərəncamda qeyd edilir ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

Məlum olduğu kimi, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə  Prezident İlham Əliyevin sərəncam imzalaması dövlətimizin başçısının cümhuriyyət ideyasına nə qədər böyük əhəmiyyət verdiyini ortaya qoydu. Zənnimcə, bütün məmurlar  bu ideyanın inkişafı istiqamətində əllərindən gələni etməlidirlər. Çünki tariximizdə bundan böyük hadisə yoxdur. Ölkə Prezidentinin  bu qərarlarını  irəliyə doğru yüksək səviyyədə atılmış addım kimi dəyərləndirir və alqışlayıram.

 Mən deputat və partiya  rəhbəri olaraq, AXC-nin 100 illiyinin keçirilməsi  ilə əlaqədar onlarca layihə təqdim etmişəm və bununla əlaqədar Milli Məclisdə dəfələrlə məsələ qaldırmışam. Ölkə Prezidentinin bu sərəncamından irəli gələn vəzifələrin icrasında, müxtəlif tədbirlərin keçirilməsində partiyamızın hər bir üzvü fəal iştirak edəcək.

Fazil MUSTAFA,
Milli Məclisin deputatı,
Böyük Quruluş Partiyasının  başqanı,
fəlsəfə üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında