Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutur

 Bütün çətinliklərə baxmayaraq, Azərbaycan 2017-ci ildə də inamla inkişaf etmişdir. İstər iqtisadiyyat, istərsə də beynəlxalq əməkdaşlıq istiqamətində ölkəmiz bir çox uğurlara imza atmışdır. Dostlarımızın sayı artmış, bizi istəməyən, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə tədricən siyasi səhnədən gedirlər. Azərbaycan  beynəlxalq təşkilatlarda da uğur qazana bilmişdir.

Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən cənab Prezident bir daha demişdir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək. Aprel döyüşləri bizim şanlı tariximiz, tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır.

Azərbaycan mədəniyyət sahəsində də böyük uğurlar əldə etmişdir. 2003-cü ildən sonra yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin mədəniyyət sahəsində başladığı islahatları uğurla davam etdirərək, milli mədəniyyətimizin qorunması, təbliği istiqamətində daha böyük nailiyyətlərə imza atdı. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mukəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilib. Bir sıra qanunlar, o cümlədən, “Mədəniyyət haqqında” “Tarix və mədiniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar, bir sözlə, 2003-cü ildən bəri bu qəbildən olan  21 qanun Milli Məclisdə qəbul edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib.

Azərbaycan musiqi sənətinin inkişafı, dünyada təbliği musiqiçilərin yaradıcılığının dəstəklənməsi istiqamətində də bir sıra layihələr həyata kecirilib. Ötən dövr ərzində bu sahədə keçirilən respublika və beynəlxalq əhəmiyyətli konsertlərin, festivalların, müsabiqələrin  sayı 1500-dən çox olub, Azərbaycan musiqi mədəniyyəti üçün irimiqyaslı, nüfuzlu, rəngarəng layihələr, tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun silsilə tədbirləri , xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, ”Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Rostropoviç Beynəlxalq Musiqi Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür. Azərbaycan bunun sayəsində dünyanın musiqi mərkəzlərindən birinə çevrilib.

Mədəni sferanın müstəqillik illərində inkişafı təsviri və dekorativ sənət sahələrindən də yan keçməyib, bu müddət ərzində Azərbaycan təsviri sənətinin tərəqqisi, dünyada təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də bir çox məqsədyönlü işlər görülüb. Ötən on ildə keçirilən respublika və beynəlxalq əhəmiyyətli sərgilərin sayı 500-ü ötüb. Bu illərdə Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Türkiyə, İran, Fransa, İsveçrə, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və.s. ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilib.

Bu il mənim üçün də çox uğurlu il olmuşdur. Respublikamızın ən nüfuzlu mükafatı “Heydər Əliyev” ordeninə layiq görülmüşəm. Buna görə də möhtərəm Prezidentimizə öz dərin hörmət və ehtiramımı bildirirəm. Yola saldığımız ildə böyük bəstəkar maestro Niyazinin heykəlinin də Prezident İlham Əliyev tərəfindən açılışı olmuşdur.

Ömər ELDAROV,
 akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında