Belarus səfiri: “Əczaçılıq müəssisəsinin yaradılması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir”

“Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının Belarusa ixracının artırılmasında əhəmiyyətli rola malikdir”.

APA-nın məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

Belarusun Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini vurğulayan səfir bildirib ki, Belarus Azərbaycanla səhiyyə və əczaçılıq sahəsində əlaqələrin inkişafında maraqlıdır. O qeyd edib ki, Azərbaycanla birgə əczaçılıq müəssisəsinin yaradılması ilə bağlı danışıqlar yekunlaşmaq mərhələsindədir.

Azərbaycan-Belarus əlaqələrinin iqtisadiyyat, ticarət, humanitar və digər sahələri əhatə etdiyini söyləyən G. Axramoviçin sözlərinə görə, bu gün Azərbaycana böyük turist axını müşahidə olunur və Belarus turizm sahəsində Azərbaycanın təcrübəsini öyrənir.

Səfir 2018-ci ildə Belarus milli istehsalçılarının Azərbaycanın regionlarında öz firma mağazaları şəbəkəsini genişləndirəcəyini də diqqətə çatdırıb. O, gələn il Azərbaycanla Belarusun Türkiyədə inşa etdiyi traktor zavodunun açılışının keçiriləcəyini vurğulayıb və əlavə edib ki, Minsk traktor zavodu və "Gəncə Avtomobil Zavodu" Türkiyədə traktor istehsalına başlayacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında