Azərbaycanda 17 su anbarının tikilməsi nəzərdə tutulub

"İqlim dəyişmələri nəticəsində Azərbaycanda yağıntıların miqdarının azalması, eyni zamanda buxarlanmanın artması çaylarda suyun səviyyəsinə təsir edir".

APA-nın xəbərinə görə, bunu AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. R. Məmmədov bildirib ki, respublikanın əksər yerlərində çaylarda suların miqdarı azalıb: " Lənkəran iqtisadi rayonunda çayların su ehtiyatlarının qiymətləndirilməsi nəticəsində məlum oldu ki, çaylarda suyun miqdarı azalıb, ancaq 4 çayda suyun miqdarı nisbətən çoxalıb".

Çaylarda suyun səviyyəsinin azalmasının təkcə iqlim dəyişmələri ilə əlaqəli olmadığını deyən R. Məmmədov bildirib ki, bu, xüsusilə, kənd təsərrüfatı fəaliyyəti ilə əlaqəlidir. Yeni əkin sahələri yaradılır və sulardan istifadə çoxalır.

İnstitut direktorunun sözlərinə görə, Yer kürəsi alimlərinin proqnozunda qeyd edilir ki, iqlimin istiləşməsi davam edəcək və quraq ərazilərdə yağıntının miqdarı daha da azalacaq, rütubətli ərazilərdə isə yağıntının miqdarı artacaq: "Azərbaycanın 60 faizi quraq ərazidir. Bizdə yağıntılar bir az da azalacaq. Bunun qarşısını almaq üçün su anbarları tikilməlidir. 17 su anbarının tikilməsi gözlənilir. Bundan başqa, hər bir vətəndaş suyu qənaətlə işlətməlidir".

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında