Azərbaycanla İran enerji daşıyıcılarının alış-verişini birjada apara bilər

Azərbaycanla İran elektrik enerjisi, neft və təbii qazın alış-verişini cənub qonşumuzun birjası üzərindən həyata keçirə bilər.

Bunu APA-ya eksklüziv açıqlamasında İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri  Şapur Məhəmmədi deyib.

Ş.Məhəmmədi vurğulayıb ki, bununla bağlı İran Azərbaycanla anlaşma memorandumu imzalamaq niyyətindədir.

"Biz bu sahədə əməkdaşlıq edə bilərik. Ona görə ki, hər iki ölkə üçün enerji daşıyıcılarının qiyməti çox önəmlidir. Bu sahədə əməkdaşlıq çox faydalı olacaq. Biz anlaşma memorandumunun imzalanmasının tərəfdarıyıq. Bu anlaşma memorandumu ilə  iki ölkə arasında elektrik enerjisi, neft və təbii qazın alış-verişi enerji birjasında baş tutacaq. Hazırda Tehranda enerji birjası fəaliyyət göstərir və biz bu birja vasitəsilə Azərbaycan tərəfi ilə əməkdaşlıq etməyə hazırıq".

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında