Azərbaycan Əfqanıstanda sabitlik, sülh və inkişafa böyük töhfələr verir

Bu gün Azərbaycan həyata keçirdiyi regional və qlobal layihələrlə bütün dünyanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bir çox ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edirlər. Bu amil isə bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu və nüfuzu günbəgün artır. Bu günlərdə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə işgüzar səfərə gəlməsi, Prezident İlham Əliyevlə keçirilən görüşlər, imzalanan sənədlər qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərdə qurulması sahəsində böyük önəm kəsb edir.

Bu fikirləri açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. Vüqar Rəhimzadə deyib ki, səfər çərçivəsində ölkələrimiz arasında iqtisadi-ticarət, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, təhsil sahələrində əməkdaşlıq, təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti, eləcə də hava xidmətləri haqqında sazişlər imzalandı. Qeyd edilən sahələrdə ölkələrimiz arasındakı gələcək əməkdaşlıq uğurla inkişaf edəcək.

Sevindirici haldır ki, Azərbaycan və Əfqanıstan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Müasir dövrün əsas məsələlərindən biri beynəlxalq müstəvidə uğurlu strategiya qurmaq, milli maraqları tam şəkildə müdafiə etməklə müstəqil siyasət aparmaqdır. Olduqca mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan bunu bacarır və dünya miqyasında söz sahibi kimi öz haqlı mövqeyini müdafiə edir. Azərbaycan Prezident İlham Əliyev Əfqanıstan Prezidenti ilə görüşü zamanı mətbuata bəyanatında bu məqama toxunaraq qeyd edib: “Ölkələrimiz arasında gözəl siyasi əlaqələr var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Ümid edirəm ki, bu əməkdaşlığın gələcək perspektivləri daha uğurlu olacaq”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu gün Azərbaycan dünyaya yeni inkişaf nümunəsi, modeli təqdim edir: “Təbii ki, bu yenilik və inkişaf yeni və daha mütərəqqi islahatlara əsaslanır. Bu mənada Azərbaycan brendi olan “ASAN xidmət”i xüsusi olaraq vurğulamaq lazımdır. Sevindirici haldır ki, bu xidmət növü dünyada maraqla qarşılanır və böyük dəstək qazanır. Dövlət başçılarının görüşü zamanı Prezident İlham Əliyev fəxr etdiyini bildirdi ki, Əfqanıstan “ASAN xidmət”in təcrübəsindən yararlanan dövlətlərdən olacaq. Dövlətimizin başçısı deyib: “ASAN xidmət” dövlət xidmətləri sahəsində böyük inqilab oldu. Şadıq ki, biz bu xidmətləri əfqan qardaşlarımız üçün təmin edəcəyik. Bununla yanaşı, Azərbaycan şirkətləri Əfqanıstanda podratçı və investor qismində işləmək arzusundadırlar.

Əfqanıstan Prezidenti isə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlu təcrübələrin ölkəsində tətbiq edilməsindən məmnunluğunu ifadə etdi”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında