“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı Azərbaycanın qlobal miqyasda önəmini bir daha təsdiq etdi

Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı Azərbaycanın qlobal miqyasda önəmini bir daha təsdiq etdi. Asiyanın aparıcı ölkələrinin iştirak etdiyi bu tədbir, həmçinin qlobal güclərin prosesə maraq göstərmələri baxımından önəmlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Azər Həsrət qeyd edib ki, tədbirdə Azərbaycanın Əfqanıstanda və digər yerlərdə sülhyaratma proseslərində yaxından iştirak etməsi, Əfqanıstanda normal həyatın bərpası istiqamətində ölkəmizin gördüyü işlər yüksək qiymətləndirildi.

Əfqanıstan Prezidenti çıxışında Azərbaycanın köməyini xüsusi vurğuladı. Diqqət çəkən daha bir maraqlı məqam NATO qüvvələri tərkibində Əfqanıstanda xidmət edən sülhyaratma güclərinin bir hissəsinin də azərbaycanlılardan ibarət olmasıdır. Əfqanıstandan olan nümayəndələrin azərbaycanlıların orada iştirakını məmnunluqla vurğulaması xüsusi qeyd edilməlidir.

Siyasi şərhçi qeyd edib ki, bütün bu məsələlərin, bütövlükdə regionumuzla bağlı sülhyaratma proseslərinin, humanitar proseslərin ayrıca vurğulanması, iştirakçıların Azərbaycanın bu proseslərdəki üstün rolunu xüsusi qeyd etmələri, əlbəttə, Azərbaycan Prezidentinin uğurlu strateji xəttinin, xüsusən də qlobal səviyyədə gördüyümüz işlərin təqdirlə qarşılandığını bir daha təsdiqləyir. Biz tədbirdə bunun bir daha şahidi olduq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında